Bu gün:

Süni intellekt dəstəkli telefonlar nədir, nələr təklif edir?


Süni intellekt (Sİ) dəstəyi ilə gücləndirilmiş cihazlar istifadəçilərin seçimlərini öyrənir, davranış modellərini tanıyır və onlara uyğun həllər inkişaf etdirir.

Gün ərzində tətbiqlərdən necə istifadə etdiyinizi izləyən süni intellekt sistemi, istifadə müddətini analiz edərək enerji idarəsini buna uyğun optimallaşdırır. Şəkil çəkərkən səhnənin avtomatik tanınması və ən uyğun kamera ayarlarının seçilməsi də Sİ dəstəyinin təqdim etdiyi imkanlar arasındadır.

Sİ dəstəkli kameralarla fotoqrafiyada yeni dövr

Süni intellekt texnologiyasının mobil kameralara təqdim etdiyi əsas üstünlükləri aşağıda görə bilərsiniz:

1. Süni intellekt telefonlarda çəkilən səhnələri analiz edərək mənzərə, portret, yemək, gecə kimi kateqoriyalara ayırır. Hər səhnə üçün ən ideal rəng, kontrast və işıq tənzimləməsi avtomatik həyata keçirilir;

2. Qaranlıq mühitlərdə bir neçə kadrajı birləşdirərək səs-küysüz, aydın və kəskin görüntülər əldə etməyə imkan verir;

3. Üz tanıma texnologiyası ilə fonu avtomatik şəkildə bulanıqlaşdırır, şəxsi və ya obyektləri ön plana çıxararaq estetik portretlər yaradır;

4. Video çəkilişi zamanı hərəkət edən obyektləri tanıyır və izləyir. Bu xüsusiyyət vlog çəkənlər və məzmun istehsalçıları üçün çox faydalıdır.

Süni intellekt telefonlarda nələri təkmilləşdirir?

Süni intellekt telefonlarda kamera keyfiyyətindən batareya ömrünə, təhlükəsizlikdən sistem performansına qədər bir çox sahədə istifadəçi təcrübəsini yenidən müəyyən edir. İstifadəçi davranışlarını analiz edən bu ağıllı sistemlər telefonların daha sürətli, daha təhlükəsiz və daha səmərəli işləməsini təmin edir. Süni intellekt, həmçinin telefon təhlükəsizliyini artıran əsas elementlərdən biri kimi biometrik doğrulamada önə çıxır.

Cihazın istifadə vərdişlərini analiz edən sistemlər ən çox istifadə olunan tətbiqləri prioritetləşdirir. Prosessor gücü düzgün idarə olunur və cihaz lazımsız yerə yavaşlamır. Arxa planda işləyən tətbiqlər müəyyən edilərək batareya sərfiyyatı azaldılır. Süni intellekt dəstəyinin mobil təcrübəyə qatqılarından biri səsli köməkçilər vasitəsilə həyata keçirilir. Siri kimi sistemlər istifadəçi əmrlərini daha yaxşı başa düşür və təbii dialoqlar qura bilir.

Mənbə: Hepsiburada.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et