Bu gün:

Günəş enerjisi ilə işləyən ilk kamera


“Baseus” avtomobil təhlükəsizliyində yeni texnologiyanı təqdim edib – günəş enerjisi ilə işləyən “PrimeTrip VD1 Pro tire kamerası”. Bu yenilikçi cihaz sürücülərə həm təhlükəsizlik, həm də rahatlıq təmin edir.


İlk Günəş enerjisi ilə işləyən dash cam

PrimeTrip VD1 Pro “Solar Sync System 2.0” texnologiyası ilə təchiz olunub. Sistem daxili günəş paneli və 380 mAh litium batareyanı birləşdirir. Bu, kameranın avtomobilin akkumulyatoruna qoşulmadan işləməsinə imkan verir və mürəkkəb naqil dəstinə ehtiyacı aradan qaldırır.

Kamera yerləşdirildikdən sonra 14 günə qədər avtomobilin təhlükəsizliyini təmin edir. Aşağı enerji rejimində yalnız avtomobil yaxınlığında toqquşma, oğurluq cəhdi və ya hərəkət aşkar ediləndə 30 saniyəlik videolar çəkir.


Qabaqcıl sensor

Yeni model “Sony IMX335 STARVİS” sensoru ilə 4K görüntü çəkir. 170 dərəcə geniş bucaqlı görünüş və HDR dəstəkli gecə görmə sayəsində yol nişanları və avtomobil nömrələri həm gündüz, həm də gecə aydın görünür.

Arxa kamera 120 dərəcə bucaqla 1080p qeyd edir, beləliklə həm ön, həm də arxaya təhlükəsiz nəzarət təmin olunur.


Ağıllı bağlantı və səsli komanda

Kamera Wi-Fi 6 ilə smartfonlara qoşulur. “Şəkil çək” və ya “Arxa kameranı göstər” kimi səs əmrləri ilə idarə olunur. Quraşdırılmış GPS modulu sürət və mövqeyi izləyir, G-sensor isə toqquşmaları fərqli həssaslıq səviyyələrində aşkar edir.

Kamera “512 GB”a qədər microSD kartları dəstəkləyir və uzun müddət qeyd etməyə imkan verir.


Baseus primeTrip VD1 pro qiyməti

Günəş enerjisi ilə işləyən kamera 170 dollar qiymətinə satışa çıxarılıb. Onun innovativ dizaynı, simsiz quraşdırılması və güclü aparatı rəqiblərindən fərqlənməsini təmin edir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et