Bu gün:

Süni zəka nəzarətdən çıxmaq üzrədir


Süni zəka sürətlə inkişaf edir və bu, insan nəzarətinin itirilməsi riskini artırır. IMD-nin yaratdığı AI Safety Clock göstərir ki, kritik nöqtəyə – “gecə yarısına” cəmi 29 dəqiqə qalıb. Saat Ümumi Süni Zəka (UAGI) və müstəqil sistemlərin yaratdığı potensial təhlükələri vurğulayır. Əsas risklər arasında dezinformasiya, hərbi və infrastruktur sistemlərinə nəzarətin itirilməsi, iqtisadi manipulyasiya və iş yerlərinin itirilməsi var.

Texnologiya sürətlə irəliləyir, amma qanunvericilik geri qalır. Avropa Birliyi AI Act ilə qabaqda olsa da, ABŞ-da vahid milli qanun yoxdur. Həll yolları arasında beynəlxalq əməkdaşlıq, güclü qanunvericilik və şirkətlərin məsuliyyətli davranışı göstərilir. Uğurlu idarəetmə gələcəkdə süni zəkanın təhlükəsiz və faydalı istifadəsini təmin edə bilər.


Mənbə: imd.org

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et