Bu gün:

İctimai yerlərdə hisslərin nümayiş etdirilməsinin gizli mənası nədir?


Psixoloq Mark Trevers deyir ki, ictimai yerlərdə romantik hisslər nümayiş etdirmək mütləq güclü və ahəngdar bir münasibətin əlaməti deyil. O, ictimai qucaqlaşmaların və öpüşlərin gizli mənasını Forbesin müəllif köşəsində açıqlayıb.

Trevers vurğulayıb ki, fiziki toxunma tərəfdaşların cütlükdə rahat olduqlarını və bir-birlərinə qarşı incə hisləri olduğunu açıq şəkildə göstərir. Lakin onun fikrincə, çox vaxt özgüvənsizlik və digər gizli məqsədlər ucbatından məhəbbəti nümayiş etdirməyin bu yolu istifadə olunur. “İctimaiyyətdə hisslərin həddindən artıq nümayişi, bir və ya hər iki şəxsin münasibətlərindəki gizli qorxuları kompensasiya etdiyi etibarsız bağlılığın əlaməti ola bilər”, - deyə psixoloq izah edib.

Trevers əlavə edib ki, digər insanların qarşısında məhəbbətlərini açıq formada nümayiş etdirməyən cütlüklər şərt deyil ki, çətinliklərlə üzləşirlər. O, aydınlaşdırıb ki, bəzi insanlar öz tərbiyəsinə və ya öz inanclarına görə emosiya nümayiş etdirməkdən narahatdırlar. Psixoloq münasibətdə olduğu şəxsin ictimaiyyətdən təcrid olmasından narahat olanlar üçün bu mövzunu açıq şəkildə müzakirə etməyi və hər ikisi üçün məqbul davranış barədə razılığa gəlməyi tövsiyə edib.

Mənbə: Lenta

Tərcümə etdi: Günel Məmmədova


Paylaş
Şərh əlavə et