Bu gün:

5 əsas şəxsiyyət tipi


Xasiyyətiniz dost seçiminizdən tutmuş, səs verdiyiniz partiyaya qədər hər şeyə təsir edir. Xasiyyətinizi başa düşmək və təhlil etmək güclü və zəif tərəflərinizi aşkar etməyə kömək edir.

Günümüzdə psixoloqların əksəriyyəti 5 əsas şəxsiyyət tipinin olması barədə həmfikirdirlər. Onlar buna “beş faktorlu model” deyirlər.

1. Məsuliyyət hissi ilə hərəkət etmək

Məsuliyyət hissi yüksək olan insanlar daha bacarıqlı, fokuslanmış, müstəqil və özünə güvənən insanlardır. Onlar planlı şəkildə işləməyə və məqsədlərə uyğun yaşamağa üstünlük verirlər. Məsuliyyətsiz insanlar isə məsuliyyət hissi yüksək olanları inadkar biri kimi görə bilərlər. Statistikalar, məsuliyyət hissi yüksək olan insanlarla ailə quranların iş həyatında daha uğurlu olduğunu göstərir.

2. Ekstrovert

Ekstrovert insanlar sosial fəaliyyətlərdən daha çox enerji alırlar. Danışmağı sevən və səmimi şəxsiyyətə malikdirlər. Bütün diqqətin onlara yönəlməsindən narahat deyillər. Başqaları onları diqqəti özünə cəlb etməyə çalışan biri kimi görə bilər. Tədqiqatlar göstərir ki, güclü şəkildə əl sıxan kişilər daha çox ekstrovertdirlər. Eyni şeyi qadınlar üçün deyə bilmərik.

3. Uyğun, xoş, şirin, nəzakətli

Uyğunluq mövzusunda yüksək qiymətləndirilən insanlar daha etibarlı, mehriban və qayğıkeş kimi qəbul edilir. Onlar sosial davranışda bir addım, könüllülükdə isə çox vaxt bir neçə addım öndədirlər.  

4. Təcrübəyə açıqlıq

Fərqli təcrübələrə açıq olan insanların canlı təxəyyülü var. Onlar maraqlı və yaradıcı şəxsiyyətlərdir. Gündəlik qaydaları , tez-tez təkrarlanan rutinləri pozmağı sevirlər.  

5. Emosional qeyri-sabitlik, nevrotiklik

Emosional qeyri-sabitliyi olan insanlar yüksək səviyyədə emosional qarışıqlıq yaşayırlar.  Onlar çox həyəcanlı olurlar. Güclü narazılıq yaşayırlar və narahatlıq içərisindədirlər. Başqaları tərəfindən qətiyyətsiz və etibarsız kimi görünürlər.

Mənbə: Sosyalmedya.co

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et