Bu gün:

Anti-eqo sindromu nədir?


Anti-eqo sindromu daha çox sənətlə maraqlanan insanlarda müşahidə olunur. Bəs anti-eqo sindromu nədir?

Antieqo müxalifət sindromu insanın öz xüsusiyyətlərinə mənfi münasibət formalaşdırdığı psixoloji vəziyyətdir. Bu zaman insan özünü tənqidi deyil, rədd edən şəkildə qiymətləndirir və öz xüsusiyyətlərini qəbul etmir. Bu münasibət insanın özünə inamını azalda bilər, depressiya və narahatlıq kimi psixoloji pozğunluqlara səbəb ola bilər.

Anti-eqo müxalifət sindromunun səbəbləri

Anti-eqo müxalifət sindromunun əsas səbəbləri arasında insanın ətrafdakı insanlar tərəfindən mənfi olaraq tənqid edilməsi, öz gözləntilərini qarşılaya bilməmək, cəmiyyətdə qəbul olunmaq üçün özünü dəyişdirməli olduğu düşüncəsi və özünü həddindən artıq tənqid etmək ola bilər. 

Anti-eqo müxalifət sindromunun əlamətləri

Antieqo müxalifət sindromunun əlamətləri arasında öz xüsusiyyətlərini rədd etmək, özü haqqında mənfi fikirləri təkrarlamaq, özünü tənqid etmək, başqalarının gözləntilərinə uyğunlaşmaq üçün özünü dəyişmək,  özü haqqında faktları qəbul etməmək kimi hallar ola bilər.

Anti-eqo müxalifət sindromunda hansı insanlar arasında daha çox görünür?

Anti-eqo müxalifət sindromu, xüsusilə, həyatının böyük bir hissəsini sənədə həsr edən, lakin bu sahədə ciddi bir uğur, yüksəliş əldə edə bilməyən, bir çox layihəçi, konstruktor, dizayner və sənətçilərdə görünən bir psixoloji narahatlıqdır.

Anti-eqo müxalifət sindromu ilə necə mübarizə aparmaq olar?

1. Özünüzü konstruktiv şəkildə tənqid edin

Anti-eqo müxalifət sindromu olan insanlar tez-tez özlərini tənqid edirlər və bu tənqidlər əsasən mənfi olur. Bununla belə, konstruktiv qəbul edərək özünüzü təkmilləşdirmək üçün özünü tənqiddən istifadə edə bilərsiniz.

2. Güvən

Özünə inamın olması anti-eqo müxalifət sindromu ilə mübarizə aparmaq üçün vacibdir. Özünə güvənmək üçün özünüzə olan hörmətinizi artıracaq fəaliyyətlərlə məşğul ola bilərsiniz və diqqətinizi özünüzü təkmilləşdirməyə yönəldə bilərsiniz.

3. Başqalarının gözləntilərinə əhəmiyyət verməyin

Anti-eqo müxalifət sindromu olan insanlar başqalarının gözləntilərinə uyğunlaşmağa çalışırlar və buna görə də özlərini dəyişməyə çalışırlar. Bununla belə, özünüzü inkişaf etdirmək yolunda unikal olmaq və öz məqsədlərinizə diqqət yetirmək vacibdir.

4. Psixoloji dəstək alın

Anti-eqo müxalifət sindromunun öhdəsindən gəlmək üçün psixoloji dəstək almaq da vacibdir. Bu, müvafiq müalicə variantları, eləcə də emosional dəstək verəcək bir terapevt təmin etməklə sindromun simptomlarını yüngülləşdirə bilər.

5.  Sosial əlaqələrinizi artırın 

Anti-eqo müxalifət sindromu olan insanlar tez-tez özlərini təcrid edir və sosial  əlaqələrini azaldırlar. Ancaq sosial  əlaqələri artırmaq, insanın özünə inamını və şəxsi inkişafını inkişaf etdirməyə kömək edə bilər.

6. Özünüzü təkmilləşdirin

İnsanın özünə inamını artırmaq üçün özünü inkişaf etdirmək vacibdir. Bu, maraqları araşdırmaq, yeni bacarıqlar öyrənmək,  təhsil almaq və özünə uyğun məqsəd qoymaq kimi yollarla edilə bilər.

Mənbə: Neoldu

Tərcümə etdi: Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et