Bu gün:

Qoxunun psixoloji təsiri


Qoxu bizim ətiri duyma hərəkətimizdir. Ətir ilə təmiz yağlar, yəni essensiyalar arasında fərq var. Hər ikisi fərqli mədəniyyətə və üstünlüklərə görə dəyişir. Ətirdən istifadə etmək daha praktikdir. Yağlar isə essensiya olduğu üçün ətirlərdən daha qalıcı ola bilər. 

Gözəl görünmək və xoş qoxu almaq insanın təbiətində var və çox vaxt ətirləri əhvalımıza uyğun seçirik. Əgər narahat bir əhvalımız varsa, daha çox sitrus və təzə qoxulara üstünlük veririk, təxəyyül gücümüzü artırmaq və bir az daha macərapərəst olmaq lazımdırsa, şirin qoxulara üstünlük verə bilərik.

Ətirləri qoxu zövqümüzə uyğun seçirik. Ancaq dəri təsdiqi deyilən bir şey də var. Dərimizə çəkdiyimiz hər bir qoxunu əvvəlcə sınamalıyıq. Ətir rənginə görə seçilmir, dəri rənginə görə ətir seçmək yanlışdır. Dərinin rəngi ətir təyin edən faktor deyil. Dərimizdəki ifrazat qoxunu təyin edir. Dərimizin ifrazını təyin edən qəbul etdiyimiz qida dəyərləridir. Qəbul etdiyimiz ət, ədviyyat, su, nikotin və s. Bunları nəzərə alaraq, sağ və sol biləklərin hər birinə bir ətir sıxaraq ətirin qoxusunu təyin etməyə cəhd edə bilərik. Eyni anda 2-dən çox ətir sınamaq burnumuzu yorar və yanıldar. 

İş yerlərində

Düzgün ətirdən istifadənin insana psixoloji cəhətdən müsbət təsir etdiyini bilirik. Bunlardan ən önəmlisi ətirdən istifadənin özgüvən hissinə təsir etməsidir. Özünə inamı artıran və əhval-ruhiyyəni yüksəldən düzgün seçilmiş ətir işdəki performansa da müsbət təsir edir. Eynilə, aromaterapiya seanslarında olduğu kimi. Gündəlik həyatda yaxşı bir şeyin qoxusu insanı daha yaxşı hiss etdirir. Sadəcə diqqətli olmalısınız ki, burada istifadə etdiyiniz ətir çox güclü olmasın. Yüngül çiçəkli, meyvəli və sabunlu qoxular işdə istifadə üçün ən uyğundur. Ədviyyatlı və iddialı qoxular ətrafımızdakı həmkarlarımızı narahat edə və baş ağrısına səbəb ola bilər. 

İdman zallarında 

İdman zamanı təzə, canlandırıcı qoxulardan istifadə etmək sizi daha fit və enerjili edir. Edilən bir araşdırmaya əsasən, okean dəniz yosunu, yaşıl limon, portağal, sitrus, əncir yarpağının qoxusu təmizlik və təravət rəmzidir. Bunun digər səbəbi isə vanil və lavanda kimi qoxulardan daha tez dəri üzərində uçan limon qoxusunun dəridə sərinlik hissi yaratmasıdır. Əncir yarpağının qoxusunun daha tez buxarlanmasının səbəbi molekulyar sıxlığa görə digər ətirlərdən daha yüngül olmasıdır. Xüsusilə, yay aylarında bu qoxulara üstünlük vermək olar.

Gecə üçün ətir seçərkən ən ağır qoxuları belə seçmək mümkündür. Səbəbinə gəlincə, səhər saatlarında çox daha həssas olan burun axşama doğru yorulur və aldığı yüngül qoxuları çox dəqiq hiss edə bilmir. Bununla belə, burada qeyd edilməli bir məqam var. Bir az da uzağa getsək, ətrafımızdakılar ətirlə vanna qəbul etdiyimizi düşünüb bundan çox narahat ola bilərlər. 

Bəs gecə üçün hansı qoxular daha uyğundur?

Acılı və odunlu, şərq qoxularından gecə üçün üstünlük vermək olar. Məsələn, gül qrupu, səndəl ağacı, paçuli, sidr, qara bibər, mum çiçəyi, freziya. 

Mənbə: Gönül dergisi 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et