Bu gün:

Quş saxlayanlarda "ağciyər xəstəliyi" yarana bilər


Bilkent Şəhər Xəstəxanası Sinə Xəstəlikləri Klinikasının İnzibati və Təhsil İşçisi, həkim - professor Ayşegül Karalezli deyib ki,  evdə quş bəsləmək, hətta evin damında yaşamaq və ya quş pisliyini təmizləmək ağciyərlərdə xəstəliklərə səbəb ola bilər. Bu mənzərəni, xüsusilə həssas insanlarda tez-tez görürük. Belə hallarda mütləq faktordan uzaqlaşın.

Karalezli izah edib ki, bəzi peşə qruplarında çalışanlarda və quş bəsləmək hobbisi olanlarda ağciyər xəstəliyi riski var.

Riskli iş sahələrində çalışan insanların mütəmadi olaraq müayinədən keçməsinin çox vacib olduğunu vurğulayan Karalezli: "Ən çox qaynaqçı, tökmə işçisi, diş texniki kimi işlərdə çalışanlarda ağciyər xəstəlikləri ilə qarşılaşırıq. Ciddi sağlamlığa səbəb ola biləcək interstisial ağciyər xəstəlikləri gələcəkdə tənəffüs çatışmazlığı kimi problemlər yarada bilər. Ona görə də vaxtaşırı sağlamlıq müayinəsindən keçmək lazımdır", - deyə bildirib.

Tütün məhsullarının istifadəsi təhlükəni artırır

Dünyada ağciyər xəstəliklərinin artdığına diqqət çəkən Karalezli bunun ən mühüm səbəblərindən birinin siqaret olduğunu söyləyib.

Karalezli bildirib ki, peşə xəstəliklərinin qarşısının alınması baxımından fərdi qoruyucu vasitələrdən çox, riskin mənbəyində aradan qaldırılması vacibdir.

Ev quşu ağciyər xəstəliklərinə səbəb ola bilər

Evdə quş bəsləmək, göyərçin kimi quş növlərinin bağda və damda sıx yaşamasının da ağciyər xəstəliklərinə səbəb ola biləcəyini ifadə edən həkimbu məlumatları paylaşıb: “Göyərçinlərdə və digər quşlarda olan zülalların antigen xüsusiyyəti var. Bu səbəbdən ağciyərlərdə xırda düyünlər əmələ gəlir və xəstələrdə şiddətli nəfəs darlığı ola bilər.

Biz bu xəstəlik mənzərəsinə “göyərçin bəsləyənlərin ciyərləri” də deyirik, ancaq bunu yalnız göyərçin kimi düşünməməliyik, bu bütün quşlarda ola bilər. Evdə quş bəsləmək, hətta evin damında yaşamaq və ya quş pisliyini təmizləmək ağciyərlərdə xəstəliklərə səbəb ola bilər. Xüsusilə həssas insanlarda bu mənzərəni tez-tez görürük. Belə hallarda faktordan mütləq uzaq durmaq lazımdır. Çünki xəstəlik ilkin mərhələdədirsə, dərmanla müalicə oluna bilər, amma bəzən irəliləmiş hallarda çarəsiz qalırıq”.

Mənbə: HaberTürk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et