Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən əldə edilən məlumatlara əsasən, 24Media.az xəbər verir ki, son illərdə həyata keçirilən iqtisadi islahatlar və yaradılan əlverişli biznes mühiti Azərbaycanın həm yerli, həm də xarici investorlar üçün cəlbediciliyini artırıb.

Uğurlu sosial-iqtisadi inkişaf strategiyası beynəlxalq maliyyə qurumlarının hesabatlarında da əksini tapıb. “Moody’s” və “Fitch Ratings” kimi nüfuzlu reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldib.
2025-ci ilin ilk yarısında əsas kapitala yönəldilən xarici investisiyaların həcmi ötən ilin eyni dövrünə nisbətdə real ifadədə 28,6% artaraq 2 milyard manatı keçib. Həmin müddətdə özəl investisiyalar 16,5% artaraq 4,1 milyard manata çatıb. Qeyri-neft-qaz sektoruna özəl sərmayələr isə 27,8% yüksələrək 2,2 milyard manata yaxın olub.
Ümumilikdə 2025-ci ilin yanvar–iyun aylarında iqtisadiyyata kredit qoyuluşu 12%-dən çox artaraq 30,2 milyard manatı ötüb.
Arzu Qafarova
