Bu gün:

Həvəssizliyə nə səbəb olur?


Psixoterapevt, koqnitiv-davranış üzrə mütəxəssiz Sara Beytep deyir ki, həyatdan həzz almaq qabiliyyətini itirmək sosial şəbəkələrdən həddindən artıq istifadə, artıq iş və psixi xəstəliklər ola bilər. O, həvəssizliyin səbəblərini və ondan qurtulmağın yollarını qeyd edib.

Beytəpə görə, insanın əvvəllər xoşbəxtlik gətirən şeylərdən həzz ala bilməməsi halına anhedoniya deyilir. Anhedoniyada bütün hissləri əhatə edən apatiyadan fərqli olaraq, bir insan həyatın bir və ya bir neçə sahəsinə marağını itirir. 

“Bir dostunuzun ad gününü səbirsizliklə gözləmək əvəzinə, ziyafətə getmə ehtimalı qarşısında uyuşursunuzsa, bu, sosial anhedoniyadır. Fiziki anhedoniya sevdiyiniz yeməyə həvəsin itməsinə gətirib çıxarır”, - deyə mütəxəssis izah etdi.

Həyat sevgisini qaytarmaq üçün Beytəp bir neçə addım atmağı məsləhət gördü. İlk növbədə o, sosial şəbəkələrdən daha az istifadə etməyə çağırıb. Onun sözlərinə görə, onların alqoritmləri elə qurulub ki, istifadəçilər daim dopamin partlayışlarını hiss etsinlər. Zamanla bu, asılılığa və real həyatdan həzz almaq qabiliyyətinin itirilməsinə gətirib çıxarır.

Bundan əlavə, Beytep peşəkar və şəxsi həyatı aydın və ciddi şəkildə ayırmağı təklif etdi. Psixoterapevtin fikrincə, davamlı olaraq iş vaxtından artıq işləmək, nahar fasilələrini qaçırmaq və həftə sonları iş məsələlərini həll etmək vərdişi gec-tez həyatdan həzz almaq qabiliyyətinin itirilməsinə səbəb olacaq.

Anhedoniyanın simptomlarını müstəqil idarə etmək mümkün deyilsə, Beytep psixi sağlamlıq mütəxəssisindən kömək istəməyi tövsiyə etdi. Terapevt xəbərdarlıq etdi ki, bəzi hallarda sevincin olmaması depressiya və ya təşviş pozuntusu kimi ciddi xəstəliklərin əlaməti ola bilər.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova






Paylaş
Şərh əlavə et