Maddi cəhətdən zənginləşən, resurslarının günü-gündən çoxaldığı ölkələrdə insanların getdikcə daha da tənha hiss etməsi və təcrid olunması diqqət çəkir.
Yalnızlığın yaşı yoxdur. Hamımız həyatımızın bir nöqtəsində tənha hiss etmişik. Əhəmiyyətli olan onunla necə davranacağımızı bilməkdir.
Tək qalmaqla reallıqda tənhalıq hissini ayırd etmək lazımdır. Bəzən izdihamda özümüzü tək və təcrid olunmuş hiss edə bilərik.
Yalnızlığın yaranmasında rol oynayan amillər arasında genetik meyillə yanaşı, ətraf mühit faktorları və insanın psixoloji durumu da önəmlidir. Tədqiqatçılar təklik və sosial təcridin ən əsas daxili proseslərimizə təsir etdiyini, onlardan birinin də genlərin işi olduğunu göstərdi. Yalnızlıq hissi stress yaradır və digər sistemlərə mənfi təsir edərək, qan təzyiqinin artmasına, ürək-damar xəstəliklərinə və genetik quruluşundan asılı olmayaraq, insanın vaxtından əvvəl ölümünə səbəb olur.
Yalnızlıqdan qurtulmağın yolları
• Unutmayın ki, tənhalıq yalnız sizə aid deyil, hər kəs həyatının bir dönəmində özünü tənha hiss edə bilər.
• Özünüzü tənha hiss etmədiyiniz zaman ictimai fəaliyyətlərdə iştirak edin.
• Dürüst və səmimi hesab etdiyiniz insanlarla əlaqə saxlamağa çalışın.
• Yalnızlıq hissi ilə internetdə daha çox vaxt keçirməyə və internetdə ünsiyyət qurmağa başlasanız, zamanla internet aludəçisi ola bilərsiniz, diqqətli olmalısınız. İnternetdə tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olmaq və qurban olmamağa diqqət yetirmək, şəxsi məlumatların paylaşılmasında diqqətli olmaq və bunun əvəzinə, daha ümumi mövzularda ünsiyyət qurmaq faydalıdır.
• Bədii fəaliyyətlərdə iştirak etmək sənətin daxili dünyanıza çatması ilə tənhalıq hissini azaldır.
• Dini məşğuliyyətlər, meditasiya, ev heyvanı saxlamaq və hobbilərlə məşğul olmaq tənhalıq hissini azaltmağa kömək edir.
• Özünüzü tənha hiss etdiyiniz zaman müsbət hisslər keçirməyə və müsbət atmosfer yaratmağa çalışın, yeni bir şeylər sınamaq üçün yaxşı vaxt olduğunu düşünün.
• Yalnızlığınızda yuvarlanmayın. Normalda dostlarınızla və ya tərəfdaşınızla edəcəyiniz işləri təkbaşınıza etməyə davam edin.
Mənbə: Hürriyet
Tərcümə etdi: Aydan Qasımova