Bu gün:

Dünyanın ilk sintetik boyası belə yaradılıb


1856-cı ildə 18 yaşlı ingilis kimyaçısı Uilyam Perkin malyariya xəstəliyinin müalicəsində istifadə olunan xinin maddəsini sintez etməyə çalışarkən gözlənilməz nəticə ilə qarşılaşıb.Uğursuz təcrübə zamanı yaranan qırmızı rəngi spirtlə təmizləməyə cəhd edən Perkin maddənin bənövşəyi rəngə çevrildiyini müşahidə edib. Bu, kimya tarixində ilk sintetik boyanın, yəni movenin (bənövşəyi rəngin) yaranması olub.

O dövrdə boyalar yalnız təbii mənbələrdən əldə olunub və olduqca baha başa gəlib. Məsələn, indiqo rəngi yalnız ABŞ-dən gətirilib və bu, yüksək qiymətlərlə satılıb. Üstəlik, təbii boyalar tez solan olub. Perkinin yaratdığı boya isə həm ucuz, həm davamlı, həm də saniyələr içində əldə edilə bilən olub. 

Yeni boyanın sürətlə populyarlaşması nəticəsində Perkin şöhrət qazanıb. Hətta Kraliça Viktoriya belə bu rəngdə paltar geyinərək onu ictimaiyyətə nümayiş etdirib. Beləcə, əsrlərdir Roma dövründən yalnız elita üçün əlçatan olan bənövşəyi rəng bir səhv təcrübə nəticəsində hər kəsə açıq hala gəlib.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 


Paylaş
Şərh əlavə et