Bu gün:

Human Resources (HR) mütəxəssisləri kimdir və niyə bu qədər önə çıxır?


Son illərdə “HR” anlayışı ilə demək olar ki, hər bir iş elanında qarşılaşırıq. Xüsusilə gənclər arasında bu sahəyə maraq sürətlə artır. Bəs HR kimdir və nə üçün bu qədər ön plana çıxıb?

HR (Human Resources – İnsan Resursları) mütəxəssisi bir təşkilatda insanlarla bağlı bütün prosesləri idarə edən şəxsdir. İşçi axtarışı, müsahibələrin təşkili, işə qəbul, əmək münasibətləri, əməkhaqqı, motivasiya və təlimlər HR-ın əsas funksiyalarına daxildir. Əvvəllər daha çox sənədləşmə və kadr işləri ilə tanınan bu sahə, müasir dövrdə artıq şirkətin strateji inkişafına yön verən əsas mərkəzlərdən biri sayılır.

HR-ın rolu yalnız idarəetmə ilə məhdudlaşmır – bu mütəxəssislər eyni zamanda təşkilatdaxili münasibətlərin tənzimlənməsi, əməkdaşların psixoloji rifahı və komanda ruhunun formalaşması kimi önəmli proseslərə rəhbərlik edirlər.

Mütəxəssislər bildirirlər ki, HR sahəsində çalışmaq istəyən şəxslərdə yüksək ünsiyyət bacarığı, empatiya, təşkilatçılıq qabiliyyəti və insan psixologiyasını anlamaq kimi keyfiyyətlər mütləq olmalıdır.

Gənclər bu sahəyə maraq göstərməyə davam etdikcə, HR-ın həm təhsil, həm də karyera baxımından perspektivli bir istiqamət olduğu bir daha sübut olunur.

 Qeyd edək ki, hazırda bir çox universitetlər və təlim mərkəzləri HR sahəsi üzrə ixtisaslaşmış kurslar təqdim edir və bu sahəyə peşəkar yanaşma sürətlə inkişaf edir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et