Bu gün:

Yekun qiymətlərin uşaqların psixologiyasına necə təsir göstərir?


Begüm Özkaya qarşıdan gələn yekun qiymətlər dövründə valideynlərə əhəmiyyətli xəbərdarlıqlar etdi. Şagirdlərin əldə etdikləri illik qiymətlər yalnız sinifdə uğur göstəricisi olmadığını ifadə edən Özkaya ,-“Valideynlər bilməlidirlər ki, illik qiymətlər uşağın sinifdəki uğur və ya uğursuzluğunun göstəricisi olmaqla yanaşı, həm də kursda uğur qazanmağın, dərslərdə iştirakı, dostları və müəllimləri ilə münasibəti, maraqlanıb maraqlanmadığı dərslər göstəricisidir",-deyib. 

Bu, həm də onun öyrənməyə münasibətinin göstəricisidir. Bu mənada uşaqlar illik qiymət vərəqini alarkən yalnız qeydlərə diqqət yetirmək uşağın digər xüsusiyyətlərini görməmizə mane ola bilər. Bu səbəbdən, hesabat vərəqəsi yalnız sinif uğuru kimi qəbul edilməməlidir. Eyni zamanda, şagirdin qiymətləri məktəbin uğurundan xəbər versə də, uğursuz olan cəhətlər onun digər sahələrdə uğur qazana bilməyəcəyi anlamına gəlmir. Xüsusən də, bəzi valideynlər övladlarının vəziyyətinin səbəblərini qiymətləndirmək əvəzinə bir-birini günahlandırırlar. Atalar evdə anaları müəllim, analar isə ataları məktəb direktoru kimi görürlər. Məsələn, ata uşağa dərs başa salmadığına görə və uşağa kifayət qədər nəzarət etmədiyinə görə, ananı günahlandıra bilər. Bu zaman ibtidai sinif uşaqları özlərini daha çox günahkar, depressiyaya uğramış, bədbəxt, öyrənməyə həvəssiz hiss edirlər. Digər tərəfdən, orta məktəbdə oxuyan uşaqlar mənfi davranış hərəkətləri ilə daha çox rastlaşırlar”,- deyə qeyd edib.

Pis qiymətlərin səbəbləri araşdırılmalıdır

Mütəxəssis Psixoloq Begüm Özkaya qeyd edib ki, pis illik qiymətinə görə, məsuliyyət daşıyan təkcə şagird deyil. Uşağın məktəb uğursuzluğunun səbəb ola biləcəyi səbəbləri tapmaq və həll etmək üçün tədbirlər görülməlidir. Bu səbəblər şəxsi xüsusiyyətlər, ailə ilə bağlı və ya məktəb ilə əlaqədar səbəblər ola bilər. Onları təqdir etməklə başlamaq lazımdır. Daha sonra pis qiymətlərin səbəbləri araşdırılmalı və bu vəziyyəti düzəltmək üçün nə edilə biləcəyinə dair uşaqla birlikdə qərar verilməlidir. Uşağın illik qiymət vərəqini öyünmək və ya başqalarını utandırmaq üçün bir səbəb kimi istifadə edilməməlidir. Bəzi ailələr əvvəlcə maddi mükafata müraciət edə bilərlər. Onlar uşağın ən çox istədiyi oyuncaq, velosipedi və ya kompüter oyununu seçə bilərlər. İlk mükafat şifahi şəkildə olmalıdır, məsələn, afərin demək və ya təbrik etmək olar. Bundan sonra yaşına uyğun maddi mükafatlar da alına bilər. Unudulmamalıdır ki, maddi dəyəri yüksək olan hədiyyələr təhsilə və məktəbdə uğur qazanmağa kömək etmir.

Uşağın valideynlərdən aldığı reaksiyaların uşağın öyrənməsinə də təsir edəcəyini deyən Özkaya,-“Bəzən valideynlər tətilin istirahət demək olduğunu unuda bilərlər. Onlar üçün tətil, əsasən, pis qiymətlərin düzəldilməsindən sonra planlaşdırılmış prosesə çevrilə bilər. Ancaq uşaqların illik qiymətləri pis olsa da, bayramın bir hissəsi üçün istirahət etməlidirlər. Sinif təkrarı verilən ev tapşırığı varsa və ya bu bayram aralıq tətil olduğu üçün tətilin sonuna yaxın başlamaq daha məqsədəuyğundur. Bir valideyn olaraq uşağınıza verdiyiniz reaksiyalar uşağın öyrənməsinə də təsir edəcək. Uşaqları yeni məlumatlar əldə etməkdən qorxutmamaq və qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa həvəsləndirmək onların təhsil illərindəki uğurlarını deyil, həm də həyat keyfiyyətlərinin artmasına töhfə verəcək".

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et