Bu gün:

Türkiyə sahillərində köpəkbalığının sayı artırmı?


Mütəxəssislər bildirirlər ki, Türkiyə sahillərində köpəkbalığı sayının statistik olaraq artdığına dair elmi bir sübut yoxdur.Əksinə, dünyada köpəkbalığı populyasiyası həm say baxımından azalır, həm də bəzi növlər məhv olmaq təhlükəsi ilə üz-üzədir. Hakan Kabasakal "Nə Türkiyə dənizlərində, nə də Aralıq dənizində və ya okeanlarda köpəkbalıqlarının sayında kəskin artım yoxdur, əksinə, mako, çəkic balığı, qılınc köpəkbalığı, böyük ağ köpəkbalığı kimi növlərin Aralıq dənizindəki sayında ən azı 90% azalma var.”,- deyə vurğulayıb.

Bu azalmanın əsas səbəbi həddindən artıq ovlanmadır. Lakin dənizlərin çirklənməsi, yaşayış mühitinin itirilməsi və iqlim dəyişikliyi də buna təsir edir. Dəniz araşdırmaçısı Denizcan Durgun bildirir ki, köpəkbalıqları dəniz ekologiyasında nəsil artırma baxımından ən zəif canlılardandır.

Mənbə: BBC NEWS

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et