İnternetin olmadığı dövrlərdə insanlar bir-birlərinə təhqiramiz sözlər demək üçün görüşməyə gəliblər. Bunun cavabı isə duel çağırışı ola bilərdi: qılınclarla, tapançalarla, ya da məsələn, sosislərlə! Bu gün bizə gülməli görünsə də, o dövrdə duel iştirakçıları üçün vəziyyət o qədər də gülməli deyildi, çünki sosislər bəzən soyuq silahlardan daha təhlükəli ola bilərdi…
1. Sosis dueli:
Əfsanəyə görə, 19-cu əsrdə general Bismark, Rudolf Vixrov adlı bir alimə duel təklif edib. Ancaq Vixrovun silahı olmayıb, ona görə duel üçün biri zəhərli olmaqla iki sosis təklif edilib. Plana əsasən, Bismark bu sosislərdən birini seçib yeməli olub, digərini isə Vixrov. Amma duel şərtlərini eşidən Bismark belə absurd bir rəqabəti qəbul etməyib və imtina edib.

2. Çılpaq duel:
19-cu əsrin əvvəllərində Böyük Britaniyada iki centlmen duel etmək qərarına gəlib. Onlardan biri qraf Henri Berri, digəri isə keçmiş hərbi həkim Hemfri Hovart olub. Həkim olan Hovart, çirkli paltarların yaralar vasitəsilə infeksiyaya səbəb olduğunu bildiyindən, dueldə tamamilə çılpaq şəkildə iştirak edib. Henri Berri bu mənzərədən o qədər utanıb ki, dueldən imtina edib və hər iki kişi salamat qalıb.
3. Şar üzərində duel:
1808-ci ildə Fransada çox qeyri-adi bir duel baş verib. Rəqiblər hava şarları ilə 600 metr yüksəkliyə qalxıb oradan bir-birinə atəş açmağa qərar veriblər. Rəqiblərdən biri digərinə deyil, onun şarına atəş açıb. Nəticədə, həm duel iştirakçısı, həm də şarı idarə edən pilot yerə düşərək həyatını itirib.

4. Bilyard topları ilə duel:
Bir dəfə bilyard oynayan qumarçılar oyunun nəticəsi ilə bağlı razılığa gələ bilməyiblər və duel üçün silah kimi bilyard toplarını seçiblər. İlk atan şəxs rəqibini düz alnından vuraraq öldürüb. Lakin tezliklə qətl ittihamı ilə həbs olunduğuna görə qələbəsi uzun sürməyib.

5. Ölüm sonrası duel:
14-cü əsrdə Jak Şevantye və Andre Marşan ov səfərinə çıxıblar, lakin yalnız Şevantye geri dönüb. Marşanın ölümündən sonra onun iti aqressiv davranaraq Şevantyenin üstünə hücum edib – bu, onun duelə çağırılması kimi qəbul olunub. Şevantye duelə metal mismarlı çubuqla qatılmağa razılaşıb. Duel başlayar-başlamaz it birbaşa onun boğazına atılıb və sanki sahibinin qatili olduğunu sübut edib.

6. Köpəkbalığı dueli:
Ən qorxulu duellərdən biri Afrikada baş verib. İki gənc bir qız üçün mübahisə etmiş və duelə çağırıblar. Lakin silah götürmək əvəzinə, dənizdə 5 kilometr açığa üzərək, köpəkbalığı ilə dolu bir qayığın yanından suya atlanıblar. Dueldən saniyələr sonra müşahidəçilər mübahisə edənləri sudan sağ çıxarmağı bacarıb. Köpəkbalıqları onlara çatmağa imkan tapmayıb.

7. “Alt ətək” dueli:
1792-ci ildə Böyük Britaniyada Leydi Almeriya Braddok və xanım Elfinston arasında tarixə “alt ətək dueli” kimi düşən məşhur bir duel baş verib. Səbəb isə çay süfrəsi zamanı söylənilən ehtiyatsız bir ifadə olub. Elfinston ev sahibəsinin gözəl olduğunu söyləyib, amma keçmiş zaman formasında. Bu isə Almeriya Braddoku qəzəbləndirib və rəqibini Londonun Hyde Parkında duelə çağırıb.

Qadınlar bir-birinə atəş açmağa qərar veriblər. Atəş yalnız rəqibin papağını zədələyib. Daha sonra duel qılınclarla davam edib. Yalnız Braddok rəqibini yüngülcə yaraladıqdan sonra onun üzrünü qəbul edib.
8. Ən uzun duel:
1977-ci ildə Ridli Skottun rejissorluğu ilə Conraddan ilham alınaraq çəkilmiş “Duellocular” filmi nümayiş olunub. Film iki real fransız zabiti – Fransua Lui Furnye-Sarlovez və Pyer Dyupontun hekayəsinə əsaslanıb. Bu iki kişi 20 il ərzində bir-birini 17 dəfə duelə çağırıb.
Düşmənçilikləri o qədər güclü olub ki, bir-birlərindən 145 kilometr məsafədə olsalar belə, yazılı şəkildə görüşməyə və duel etməyə razılaşıblar. Onlar məsafənin yarısını gedərək ortada görüşməli olublar. Bir dəfə Dyupont Paris ətrafındakı Neüy meşəsində son dueli qazanıb. O, Furnyeni öldürə bilərdi, amma əvəzində bu sonsuz qarşıdurmanı bitirməyi təklif edib.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
