Con Vuds 1946-cı ildə Nürnberq məhkəmələrində edam hökmü verilmiş nasist liderlərini dar ağacına çəkən şəxs kimi tanınır.
O, ABŞ ordusunun rəsmi cəlladı kimi təqdim edilsə də, əslində bu sahədə heç bir təcrübəsi olmayıb. Vuds işə saxta tərcümeyi-hal təqdim etməklə qəbul edilib və əvvəllər əqli qeyri-sabitliyə görə Hərbi Dəniz Qüvvələrindən qovulub.
Nəticədə, Nürnberq məhkəmələrinin edam mərasimi ciddi təşkilati çatışmazlıqlarla yadda qalıb. Vuds dar ağacını tələsik qurub və ip uzunluqlarını düzgün hesablaya bilməyib. Bu səbəbdən edamlar planlaşdırıldığı kimi dərhal ölümə səbəb olmayıb. Belə ki, nasistlər boğularaq yavaş-yavaş can veriblər. Hadisənin şahidləri və ictimaiyyət isə edamların bu qədər səriştəsiz şəkildə həyata keçirilməsini təəccüblə qarşılayıb.
Sonradan bu tənqidlərə cavab olaraq Con Vuds bildirib: “Almanlar insanları həbs düşərgələrinə göndərəndə belə şeyləri düşünməli idilər".
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
