Hər birimiz yuxu görürük lakin niyə gördüyümüz hələ də tam aydın deyil. Mütəxəssislərin fikrincə bu suala vahid cavab yoxdur. Ziqmund Freyd yuxuların insanın basdırılmış arzularına işarə etdiyini irəli sürüb lakin zaman keçdikcə bu fikir elmi əsasların olmaması səbəbindən tənqid olunub.
Fərqli yanaşmalar da mövcuddur. Bəzi alimlər yuxuların beynin təhlükələri qabaqcadan sınaqdan keçirdiyi qədim bir müdafiə mexanizmi olduğunu deyir. Digərləri isə bu halı yaddaşın fəaliyyəti və ya emosiyaların işlənməsi ilə izah edir. Məsələn çətin dövr keçirən bir insanın yuxuları emosional sağalmanı sürətləndirə bilir.
Son araşdırmalar göstərir ki yuxular sadəcə təsadüfi görüntülər deyil, düşünmənin fərqli bir forması ola bilər. Ola bilsin ki beynimiz yuxuda başqa yollarla işləməyə davam edir. Tarix boyu bir çox ilhamverici kəşfin məhz yuxuda meydana çıxması da bu ehtimalı təsdiqləyir.
Yuxu tədqiqatçısı Deirdre Ley Barret isə yuxuların tamamilə fərqli bir funksiyaya malik ola biləcəyini bildirir. Onun fikrincə yuxular beynin yuxuda düşünmə üsuludur. O hesab edir ki yuxular şüurlu düşüncəyə alternativ olaraq yaradıcı və intuitiv bir zehni məkan təqdim edir. İnsan burada ayıq vaxtı görə bilmədiyi əlaqələri qavraya bilir gündəlik həyatda həll edə bilmədiyi problemlərə fərqli tərəfdən baxa bilir.
Mənbə: Eski şeyler
Tərcümə etdi: Mina Yadigarlı
