Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi 2025-ci il etibarilə 450,4 milyona çatıb.

Avropa Statistika İdarəsi (Eurostat) Aİ ölkələrinin 2025-ci il yanvarın 1-nə olan əhali göstəricilərini açıqlayıb.
Məlumata görə, 2024-cü ilin əvvəlində 449,3 milyon olan Aİ-yə üzv 27 ölkənin ümumi əhalisi 2025-ci ildə 450,4 milyona yüksəlib.
83,6 milyon nəfərlə Almaniya Aİ-nin ən çox əhaliyə malik ölkəsi olub. Onu 68,6 milyonla Fransa, 58,9 milyonla İtaliya, 49,1 milyonla İspaniya, 36,5 milyonla Polşa, 19 milyonla Rumıniya, 18 milyonla Niderland və 11,9 milyonla Belçika izləyib.
Aİ-nin əhalisi ən az olan ölkələri isə 574 min nəfərlə Malta və 681 min nəfərlə Lüksemburq olub.
Beləliklə, Aİ əhalisi 2021-ci ildə COVID-19 pandemiyasının təsiri ilə baş verən azalmadan sonra ardıcıl 4 il artım göstərib.
Aİ-də əhali artımı xüsusilə pandemiyadan sonra artan miqrasiya hərəkətləri ilə bağlı olub.
Sözügedən dövrdə Türkiyənin ümumi əhalisi 85 milyon 664 min 994 nəfər olaraq müəyyən edilib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
