Bu gün:

Sovet rejimindən qaçan Lıkov ailəsinin hekayəsi


1936-cı ildə Karp Lıkov həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə Sovet rejiminin təzyiqlərindən qaçaraq Sibirin ucqar meşələrinə sığınıb. Onlar elektrik enerjisi, xəbər və insanlarla ünsiyyət olmadan tam təcrid olunmuş vəziyyətdə tam 42 il yaşayıblar.

Ailə daxma tikib, öz qidalarını təmin edib və uşaqlarını böyüdüb.

Lıkov ailəsi yalnız 1978-ci ildə, ərazidə aparılan geoloji kəşfiyyat zamanı təsadüfən tapılıb. Onların İkinci Dünya Müharibəsi və ya insanın Aya enməsi barədə heç bir məlumatı olmayıb.

Təəssüf ki, bu illər ərzində xarici dünya ilə təmasdan uzaq yaşamaları onların immun sistemini zəif salıb. Yeni infeksiyalara qarşı müqavimətsiz olan ailə üzvlərinin əksəriyyəti sadə xəstəliklərdən vəfat edib. Yalnız ata Karp Lıkov və qızı Aqafiya sağ qala bilib.

Aqafiya Lıkova müasir həyata qoşulmaq təkliflərinə baxmayaraq, tayqaya qayıdaraq təcrid olunmuş həyat tərzini davam etdirməyi seçib. Mənbələrin bildirdiyinə görə, o, bu gün də sağdır və Sibirdəki köhnə daxmasında yaşayır.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et