Qədim dövrdə Cənub-Şərqi Asiyadan Mozambikə və Cənubi Amerikaya qədər dəniz keçidləri alimləri təəccübləndirir, çünki belə səyahət bacarıqlarının yalnız 500 il əvvəl yarandığı hesab olunub. Lakin son araşdırmalar bu bacarıqların minlərlə il əvvələ aid olduğunu göstərir.
Tokiodan olan bir qrup alim bu nəzəriyyəni sınamaq üçün qədim dövr qayıqlarının dizaynına əsasən kanoe düzəldiblər. Sınaqlar göstərib ki, həmin sadə qayıqla bir-birindən 100 kilometr uzaqda yerləşən Yaponiya adaları arasında təhlükəsiz üzmək mümkündür.
2019-cu ildə isə eyni komanda 30.000 il əvvələ aid daş alətlərin surətlərindən istifadə edərək, Yapon sidr ağacından bir gövdəli, 7,5 metrlik "Sugime" adlı kanoe inşa edib. Naviqasiya zamanı onlar yalnız günəş, ulduzlar, dalğaların istiqaməti və öz instinktlərindən istifadə ediblər. Bu yolla Tayvanın şərq sahillərindən Okinava arxipelaqına daxil olan Yonaquni adasına qədər 225 kilometr məsafəni qət etməyə nail olublar.
Bu təcrübə sübut edir ki, qədim insanlar düşündüyümüzdən daha erkən dövrlərdə okean səyahətləri edə biləcək bilik və bacarığa sahib olublar.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
