ABŞ prezidenti Donald Tramp Ukraynaya silah göndərişlərinin yenidən başlayacağını açıqlayıb. Bu bəyanatdan bir neçə gün əvvəl isə ABŞ Müdafiə Nazirliyi yardımın dayandırıldığını bildirib.

Ukrayna Müdafiə Nazirliyi bu qərarla bağlı rəsmi bildiriş almadıqlarını və hava hücumundan müdafiə sistemləri baxımından sabitlik və proqnozlaşdırılmanın vacib olduğunu bildirib.
Tramp “Ukrayna özünü müdafiə etməlidir, çox ağır zərbələr alırlar” deyə bildirib və əsasən müdafiə silahları göndəriləcəyini vurğulayıb.
ABŞ Müdafiə Nazirliyi də Trampın göstərişi ilə silah göndərişlərinin yenidən başladığını təsdiqləyib. Yardıma Patriot raketləri, artilleriya mərmiləri və idarə olunan raketlər daxildir.
Bu addım Tramp və Zelenski arasında baş tutan telefon danışığından sonra gəlib. Zelenski Romada keçiriləcək beynəlxalq yardım sammitində iştirak edəcək və ABŞ ilə silah məsələsini müzakirə edəcək.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
