Misir tarixinə dair aparılan son araşdırmalar, firon Hatşepsutun ölümündən sonra qadın olduğu üçün yox, siyasi səbəblərlə hədəfə alındığını ortaya qoyub.
Uzun illər onun hakimiyyətdən sonra məqsədli şəkildə tarixdən silinməsi qadın fironlara qarşı qərəz kimi izah edilsə də, arxeoloqlar bu qənaətin reallığı əks etdirmədiyini bildirirlər.
Tədqiqatçılar dağıdılmış heykəllər və silinmiş yazıları yenidən araşdıraraq belə qənaətə gəliblər ki, Hatşepsut dövrünün fərasətli və uğurlu hökmdarlarından biri olub. Onun ölümündən sonra isə daha az uğur qazanmış xələfləri fironun adına ləkə gətirərək öz idarəçiliklərindəki uğursuzluqlara bəraət qazandırmağa çalışıblar.
Bu hal, alimlərin fikrincə, minilliklər əvvəl SSRİ-dəki "şəxsiyyətə pərəstişin ləğvi" prosesinə bənzəyir. Tarixi məlumatların yenidən qiymətləndirilməsi qadın fironlara qarşı münasibətin düşündüyümüz qədər qərəzli olmadığını göstərir.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
