CHP-nin İstanbul İl sədri Özgür Çelik barəsində istintaq başladılıb. Prokurorun açıqlamasında qeyd edilib ki, istintaq 2023-cü ilin oktyabrında keçirilən əyalət seçkiləri ilə bağlıdır.

İstanbul Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, “seçki saxtakarlığı iddiaları da daxil olmaqla hesabatlar” var. Eyni bəyanatda ifadə vermək üçün Maliyyə Cinayətləri ilə Mübarizə Departamentinin qruplarının təyin edildiyi qeyd edilib. Baş Prokurorluq “şübhəlilər” ifadəsini işlədib, lakin onların sayını açıqlamayıb.
Cümhuriyyət Xalq Partiyasında 8 oktyabr 2023-cü ildə keçirilən seçkidə Çelik 342, rəqibi Camal Canpolat isə 310 səs toplayıb. Çelik seçkiyə Əkrəm İmamoğlunun dəstəklədiyi namizəd kimi daxil olub. Cemal Canpolat “Ümumi Mərkəz xəttindəkilərin namizədi” kimi görünürdü. Özgür Çelik 2023-cü ilə qədər CHP Bahçelievler İlçe sədri vəzifəsini icra edib, o, il başqanı seçilib.
Mənbə: BBC News
Tərcümə etdi: Aysel Mirzəyeva
