Bu gün:

İnsan feromonları realdırmı?


Feromonlar adətən heyvanlarda görülən və eyni növdəki fərdlər arasında kimyəvi mesajlar göndərən qoxusuz molekullardır. İnsanlarda tər, sidik və cinsiyyət orqanlarının ifrazatında müəyyən birləşmələrin aşkarlanması ilə bu molekulların sosial və cinsi davranışlara təsiri araşdırma mövzusuna çevrilib.

Onların arasında ən məşhurları: AND və EST sayılır. Keçmişdə bunların insan feromonları olduğuna inanılıb. Bununla belə, 2017-ci ildə “Royal Society Open Science”da nəşr olunan araşdırmada AND və ya EST-ə məruz qalan iştirakçıların əks cinsin cəlbediciliyində və cinsi qavrayışında əhəmiyyətli dəyişiklik olmadığı müşahidə edilib.


Elm dünyasında iki qrup

Feromon müdafiəçiləri: Marlborough Universitetindən Leigh Simmons kimi bəzi elm adamları AND/EST tədqiqatlarının məhdudiyyətləri səbəbindən nəticələrin aydın olmadığını iddia edirlər; incə, dolayı təsirlərin ola biləcəyini düşünürlər.


Feromon rəqibləri: Oksforddan Wyatt və Çin Elmlər Akademiyasından Wet Zhou kimi ekspertlər; digər tərəfdən; bir çox tədqiqatların metodoloji zəiflikləri olduğunu və aydın feromon təsirinin aşkar edilmədiyini iddia edirlər.


Vomeronazal orqan (VNO) və duyğu qavrayışı

Şimpanze və siçan kimi məməlilərdə feromon qavrayışında təsirli olan VNO, insanlarda böyük ölçüdə atrofiyaya uğrayıb. Anatomik və genetik tədqiqatlar siqnal ötürmə strukturunun zəif olduğunu göstərir. Bu, bizim birbaşa “feromonları qəbul edə bilməyəcəyimiz” ehtimalını gücləndirir.


Bəzi tədqiqatlar göstərir ki, bədən qoxusunun (məsələn, MHC uyğunluğu) cəlbediciliyə, sosial yaxınlığa və hormon səviyyələrinə (testosteron və s.) təsir göstərə bilər. Bununla belə, bu təsirlərin klassik heyvan feromonlarında görülən kəskin reaksiyadan daha çox emosional və ya şüuraltı ola biləcəyi düşünülür.


AND / EST artıq insan feromonu kimi qəbul edilmir. Vomeronazal orqan insanlarda genetik və struktur olaraq disfunksiyalıdır.

Qoxu vasitəsilə sosial münasibətlər emosional, şüuraltı təsirlər mümkündür, lakin feromonlardan söhbət gedə bilməz.


İnsan feromonları hələ də mübahisəlidir və heç bir aydın elmi dəlil yoxdur. AND və EST-nin klassik tərifi qarşısında “insan feromonları” kimi qəbul edilmədiyini deyə bilərik. Buna baxmayaraq, bədən qoxusunun, xüsusilə fərdlər arasındakı toxunulmazlıq fərqlərindən asılı olaraq sosial və emosional bağlara təsir edə biləcəyi düşünülür.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et