Pişiklərin bəzən su kasasına oyuncaq, qida və ya müxtəlif əşyalar atdığını görmək hər bir pişik sahibinə tanış mənzərədir. Bəs bu qəribə davranışın səbəbi nədir?

1. Ov instinkti
Pişiklər təbiətdə ovladıqları yeməyi bəzən suya yaxınlaşdırıb saxlayır və ya gizlədirlər. Ev pişiklərində də bu instinkt qalır. Onlar su kasasına oyuncaq və ya digər əşyalar ataraq sanki “ov”larını gizlətdiklərini düşünürlər.
2. Əylənmək
Pişiklər üçün hər şey oyun vasitəsidir. Su kasasına əşya atmaq onlara həm maraqlı gəlir, həm də əyləncəli olur. Su ilə oynamaq, suyun hərəkətini izləmək də onlarda maraq yaradır.
3. Diqqət çəkmək
Bəzən pişiklər sahiblərinin diqqətini çəkmək üçün də bunu edirlər. Məsələn, su kasasına sevdiyi oyuncağını ataraq “Mən buradayam, mənimlə maraqlan” demək istəyə bilərlər.
4. Təhlükəsizlik hissi
Pişiklər sevdikləri əşyaları, xüsusilə də sahiblərinin qoxusu hopmuş əşyaları su kasasına ataraq onları “öz ərazilərində” saxladıqlarını düşünə bilərlər. Bu da onlara təhlükəsizlik hissi verir.
Beləliklə, pişiyiniz su kasasına əşyalar atırsa, narahat olmayın – bu, onların təbii instinktlərindən, oyun ehtiyacından və ya sizinlə ünsiyyət qurmaq istəklərindən qaynaqlanır.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
