Bu gün:

Pont-Saint-Esprit hadisəsi: Kütləvi psixoz


1951-ci ildə Fransanın cənubundakı sakit bir kənddə kütləvi psixoz və halüsinasiyalar yaşanıb. Bu hadisə nəticəsində ən azı beş nəfər ölüb, çox sayda insan ruhi xəstəxanalara yerləşdirilib, yüzlərlə insan isə bu vəziyyətdən əziyyət çəkib.

Uzun müddət yerli çörəyin içində təsadüfən meydana gələn psixodelik göbələk tərəfindən zəhərləndiyi düşünülüb. Lakin daha sonralar ortaya çıxan sübutlar göstərib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) soyuq müharibə dövründə zehnin idarə olunması üçün keçirtdiyi təcrübələr çərçivəsində həmin kəndin qidasına LSD narkotik maddəsi qatılıb. Hadisə "Lə Pain Maudit" (Lənətli Çörək) kimi tanınıb və Pont-Saint-Esprit kəndində baş verib. 16 avqust 1951-ci ildə kənd sakinləri dəhşətli halüsinasiyalar yaşayıb.

Bir nəfər özünü boğmağa çalışıb, qarnında ilanların gəzdiyini söyləyib. Bir uşaq nənəsini boğmağa cəhd göstərib. Başqa bir kişi özünü təyyarə hesab edib və ikinci mərtəbədən aşağı tullanıb, ayaqlarını sındırıb, amma sonra 45 metr yol gedib. Birisi ürəyinin ayaqlarından çıxaraq qaçdığını görüb və həkimdən onu geri qoymasını xahiş edib. Bir çox insanlar məcburən xəstəxanaya aparılıb və sərt paltarlarla bağlanıb.

O dövrdə Time jurnalı yazıb ki, xəstələr çarpayılarında çırpınıb, bədənlərindən qırmızı çiçəklərin açıldığını və başlarının ərimiş qurğuşun olduğunu söyləyiblər. 

Mənbə: The Sydney Morning Herald 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et