Bu gün:

Dəniz tısbağası Dilly Dally amputasiyadan sonra üç qanadla okeana buraxıldı


Dilly Dally adlı bir loggerhead (iri başlı) dəniz tısbağası, bir yırtıcının hücumundan sağ çıxsa da, bu qarşılaşma nəticəsində ön qanadının birini itirib. O, Florida heyvan xəstəxanasında sağaldıldıqdan sonra Atlantik okeanına — öz təbii mühitinə buraxılıb.

“Burada artıq boş gəzinti yoxdur! Dilly Dally evinə qayıtdı,” – dəniz tısbağalarının qorunması ilə məşğul olan Loggerhead Marinelife Center (LMC) adlı təşkilat çərşənbə günü Facebook paylaşımında belə yazıb. “Dilly-nin okeana sağ-salamat qayıtmasına çox sevinirik!”
Paylaşımda, Dilly Dally-nin sağ ön qanadı olmadan hovuzda üzməsi və daha sonra baytar heyəti tərəfindən okean sahilinə aparılması əks olunan video da yer alıb. Sahildə isə onu gözləyən onlarla dəstəkçi Dilly-nin qum üzərində asta-asta hərəkət edərək Atlantik sularına geri qayıtmasını izləyib.
Gənc bir loggerhead olan Dilly Dally bu ilin yanvar ayında bir yırtıcının hücumuna məruz qaldıqdan sonra LMC-yə gətirilib. Gəlişindən üç həftə sonra isə zədələnmiş qanadının götürülməsi üçün əməliyyat olunub.
Beş aylıq müalicə müddətində bəzi yarası ilə bağlı çətinliklər yaşansa da, Dilly Dally artıq sağalmış digər loggerhead tısbağalar — həm amputasiyalı Falafel, həm də Scout ilə birlikdə təbiətə buraxılıb.

Dilly Dally və LMC tərəfindən müalicə olunub okeana qaytarılan digər tısbağaların hərəkətləri, qabıqlarına yerləşdirilmiş peyk cihazı vasitəsilə izlənilir. Bu, onların vəhşi təbiətə uyğunlaşmasının izlənilməsi üçündür.

LMC kimi təşkilatlar, azalan və təhlükə altında olan dəniz tısbağalarının — o cümlədən loggerhead-lərin — sağalması və qorunması üçün çalışır. Hazırda dünyada bu növdən vəhşi təbiətdə təxminən yalnız 6.5 milyon tısbağa Dünyada dəniz tısbağaları və onların yumurtaları:

  • Ovlanma,

  • Balıqçılar tərəfindən təsadüfi tutulma,

  • İqlim dəyişikliyi, çirklənmə və digər səbəblərlə məhv olan yaşam mühitləri kimi təhdidlərlə üz-üzədir.

Dünya Vəhşi Təbiət Fondu bildirir ki, dünyada mövcud olan 7 dəniz tısbağası növündən 3-ü təhlükə altındadır — bunlardan 2-si isə kritik dərəcədə təhlükəli hesab olunur.
2023-cü ildə Zoological Society of London tərəfindən yayımlanan və loggerhead dişi amputasiyalı tısbağaların çoxalmasını izləyən bir araşdırma yazır ki, “tısbağalarda qol və ya ayaq itkisi çox yayılmış haldır” və bu canlılar reabilitasiyadan sonra üzməyi yenidən öyrənə və sağala bilirlər.
Araşdırmanın nəticələrinə görə, amputasiya yaşamış dişi tısbağalar yenə də quruya çıxıb yuva sala bilirlər, lakin bu proses zamanı fiziki çatışmazlıq onların qurudakı təhdidlərə qarşı daha həssas olmasına səbəb olur.
Bəzən qanad və ya ayaq amputasiyaları yalnız tibbi zərurətdən deyil, təbiətdə də — gəmi ilə toqquşma və ya balıqçılıq alətlərinə ilişmə kimi səbəblərlə baş verir.
Dilly Dally və digər LMC tısbağalarının hərəkətlərini onlayn olaraq peyk vasitəsilə izləmək istəyənlər, bunu təşkilatın rəsmi səhifəsindən edə bilərlər.

Mənbə: NPR News
Tərcümə etdi: Aysu Salahova

Paylaş
Şərh əlavə et