Bu gün:

Cizgi filmlərin uşaqlara təsirləri


Uşaqların şəxsiyyətlərinin formalaşmağa başladığı, rol və model alma bacarıqlarının göründüyü məktəbəqədər dövründə baxılan bəzi cizgi filmlər uşaqlarda qəzəb, aqressiya kimi duyğuların yaranmasına səbəb olur. Uşaqlar ailələri ilə vaxt keçirməyə ehtiyac duyduqları bir vaxtda cizgi filmlərə yönləndirilirlərsə, bu onların baxdıqları personajları təqlid etmələrinə səbəb olur. Son zamanlar getdikcə artan zorakılıq və dəhşətli cizgi filmləri uşaqlara son dərəcə mənfi təsir göstərir. 

Texnologiyanın təsiri ilə günümüzün uşaqları məktəbəqədər dövrlərdə ətrafdan çoxlu müsbət və mənfi xəbərdarlıqlarla qarşılaşırlar. Texnologiyanın sürətli inkişafı və aktiv istifadəsi ilə televizor, kompüter, planşet kimi məhsullar həyatımızın vacib hissəsinə çevrilib. Ailədə başlayan təhsil bir müddət sonra yerini fərqli texnoloji məhsullara buraxmışdır.

Bununla yanaşı, uşaqlar ailədə alacaqları təhsil və sosial bacarıqları texnologiya ilə əldə etməyə çalışırlar. Baxdıqları cizgi filmlərdən bəyəndikləri personajları nümunə götürərək təqlid ilə məşğul olurlar. Onlar personajların real və ya xəyali olduğunu ayırd edə bilmir və onlar kimi davranmağa çalışırlar. Bu xüsusiyyətinə görə yaxşı qiymətləndirilə bilməyən cizgi filmləri uşaqlarda mənfi davranışlara səbəb olur. Televiziya körpələrin və uşaqların eşitmə və görmə duyğularına müraciət edərək diqqətini cəlb edir. Xüsusilə, məktəbəqədər yaşlı uşaqlar vaxtlarının çoxunu televizor qarşısında keçirirlər. Hər bir uşaq televiziyadan fərqli şəkildə təsirlənir. Uşaqlar televiziyanın mənfi təsirlərinə ən həssas olan insanlardır və buna görə də onların belə cizgi filmlərdən qorunmağa daha çox  ehtiyacları var.

Digər səbəb isə uşaqların faktla uydurma arasında fərq qoya bilməməsidir. Xüsusilə bəzi cizgi filmləri uşaqlara hirs, aqressiya, ayrı-seçkilik kimi mənfi davranışlar aşılamağa səbəb olur. Uşaqlarda qəzəb, aqressivlik, diqqətsizlik, cinsi oriyentasiya və diqqət problemi kimi mənfi təsirlərə səbəb olan cizgi filmləri üçün ailə daxilində lazımi tədbirlər görülməlidir.

Mənbə: mutluari.com

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et