İkinci Dünya Müharibəsindən sonra ABŞ-də partiya maraqlarından kənarda qalan və dünya nizamına yön verən xarici siyasət mütəxəssisləri yetişdirilib.

Onlardan biri də Zbigniew Brzezinski idi. İkinci Dünya Müharibəsi zamanı Almaniyadan ABŞ-yə köçən bu polyak mənşəli mühacir, illər ərzində idarəetmədə yüksələrək 1977-ci ildə Prezident Jimmy Carter-in Milli Təhlükəsizlik Müşaviri olub və dörd il bu vəzifədə çalışıb.
Zbigniew Brzezinski-nin ilk xatirələri Almaniyada keçən uşaqlığı ilə bağlıdır. Nasistlərin yüksəlişinə şahid olan bu uşaq, sonradan İkinci Dünya Müharibəsindən sonra ABŞ-Çin münasibətlərinin normallaşmasında mühüm rol oynayıb.
Brzezinski 1979-cu ildəki İran İslam İnqilabı zamanı ABŞ-nin Tehrandakı Səfirliyində girov saxlanılan diplomatların xilas olunması məsələsində Prezident Carter-ə məsləhət verib. O, İsraillə Misir arasında münasibətlərin normallaşmasını nəzərdə tutan Camp David razılaşmalarında əsas rol oynayıb.
Soyuq Müharibə dövründə isə Sovetlərin məğlub edilə biləcəyinə inanırdı. 2017-ci ildə vəfat etməzdən qısa müddət əvvəl isə ölkəsi ABŞ üçün önəmli bir xəbərdarlıq edib:Artıq Sovet İttifaqı yox idi, ABŞ iqtisadiyyatı güclü idi və ölkə məğlubedilməz sayılırdı. Lakin Brzezinski, Amerikada liderlik böhranının baş verəcəyindən və bunun həm ABŞ, həm də dünya üçün dağıdıcı olacağından qorxurdu.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova
