İnsanlar təkcə bioloji deyil, mədəni baxımdan da inkişaf edir. Bu, “mədəni təkamül” adlanır və biliklərin, inancların, adətlərin və texnologiyaların nəsildən-nəslə ötürülməsi ilə bağlıdır. Bəs bu proses nədir və bizə necə təsir edir?

Bioloji təkamül minlərlə il çəkə bilər, amma mədəni təkamül daha sürətlidir. Yazının yaranması, kənd təsərrüfatı, sənaye inqilabı və rəqəmsal dövr bunların hamısı mədəni təkamülün nəticəsidir. Bilik nəsildən-nəslə keçdikcə həm qorunur, həm də dəyişir.
Antropoloqların fikrincə, mədəni təkamül ətraf mühitdəki dəyişikliklərə uyğunlaşmağımıza birbaşa kömək edir. Məsələn, iqlim dəyişikliyi ilə insanlar bu prosesin bir hissəsi olaraq həyat tərzlərini, texnologiyalarını və yemək vərdişlərini dəyişirlər.
Mədəni təkamül əsasən sosial öyrənmə ilə baş verir. İnsanlar başqalarını müşahidə edərək və onların təcrübələrindən öyrənərək yeni bilik və davranışlar qazanırlar. Bu biliklər təqlid, öyrənmə və öyrətmə yolu ilə nəsildən-nəslə ötürülür. Heyvanlarda bu proses məhdud olsa da, insanlarda daha mürəkkəb və təşkilatlanmışdır.
Dillərin dəyişməsi, dini inancların dəyişməsi, modanın təkamülü və ya zamanla sosial normaların diferensiallaşması mədəni təkamülün nümunələridir. Məsələn, əsrlər əvvəl qeyri-adi davranış bu gün cəmiyyət tərəfindən qəbul edilə bilər.
Bundan əlavə, internetin yayılması ilə məlumat mübadiləsi daha da sürətlənib. Qloballaşma mədəniyyətlərin bir-birinə qarışmasına və mədəni təkamülün daha dinamik olmasına imkan yaradıb.
Alimlər mədəni təkamülün süni intellekt, kosmos tədqiqatları və gen mühəndisliyi kimi sahələrdə gələcəkdə bəşər tarixini formalaşdırmağa davam edəcəyini proqnozlaşdırırlar. Ancaq bu təkamül prosesində mədəni müxtəlifliyi qorumaq və keçmişi unutmamaq da böyük əhəmiyyət kəsb edir.
Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
