Bu gün:

Qədim hava zolağı olan Naska yaylası necə görünür?


Naska yaylası qədim və sirli “hava zolaqları” ilə məşhurdur. Perunun dağlıq ərazilərində yerləşən bu zolaqlar, Naska mədəniyyəti tərəfindən yaradılmış və yüzlərlə metr uzunluğa malik, demək olar ki, tamamilə düz və simmetrik formadadır.

Bu zolaqların yanında, əfsanəvi Naska xəttləri kimi, təkcə yerüstündən yox, havadan da aydın görünən digər böyük rəsmlər və işarələr mövcuddur.

Paranormal nəzəriyyə tərəfdarları bu zolaqları yadplanetlilərin təyyarələrinin istifadəsi üçün nəzərdə tutulmuş hava zolaqları kimi şərh edir və bunun yadplanetlilərin mövcudluğunun birbaşa sübutu olduğunu iddia edirlər.

Lakin elm sahəsində çalışan tədqiqatçılar indiyə qədər bu iddiaları dəstəkləyəcək və ya təkzib edəcək məntiqli və əsaslı nəzəriyyə təqdim edə bilməyiblər. Bu səbəbdən Naska yaylasındakı bu sirli zolaqlar hələ də tam mənası ilə izah olunmamış qədim sirrlərdən biridir.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et