Bu gün:

Qara dəlikləri kvant hissəcikləri kimi modelləşdirmək olar?


Qara dəliklər hələ də kainatın ən sirli obyektlərindən biri olaraq qalır. Alimlər isə müzakirə edir: onlar klassik obyektlərdir, yoxsa kvant sistemləri?

Kvant qarşılıqlı təsirinin sübutu:

Stiven Hokinqin irəli sürdüyü nəzəriyyəyə görə, qara dəliklər tamamilə "qaranlıq" obyektlər deyillər. O göstərib ki, bu kosmik obyektlər kvant sahələrinin qarşılıqlı təsiri nəticəsində enerji, yəni radiasiya yayırlar. Bu nəzəriyyə qara dəlikləri yalnız cazibə qüvvəsinin təsiri ilə yaranan deyil, eyni zamanda kvant effektlərinin də iştirak etdiyi dinamik sistemlər kimi xarakterizə edir. 


Kvant cazibəsinin yaxınlaşması: 

Müasir nəzəriyyələr qara dəlikləri klassik sonsuzluq kimi deyil, kvant prosesləri ilə izah etməyə çalışır. “Loop Quantum Gravity” və simli nəzəriyyə kimi yanaşmalarda onlar artıq sabit nöqtələr yox, kvant dalğalanmaları və vibrasiyalarla bağlı sistemlər kimi təqdim olunur. Bu modellər qara dəliyin mərkəzindəki naməlumu “kvant parça” vasitəsilə izah etməyə çalışır.



AdS/CFT və holoqrafik perspektiv

Son illərin ən diqqətçəkən nəzəriyyələrindən biri “AdS/CFT konjuqatı”dır. Bu yanaşmaya görə, qara dəliklər məkan-zamanda deyil, kvant informasiya səviyyəsində başa düşülməlidir. Beləliklə, onlar klassik obyektlər yox, kvant sahəsinin holoqrafik proyeksiyası kimi qəbul olunur.


İnformasiya Paradoksu ilə bağlı yeni həllər

Kvant mexanikasında məlumatın qorunması prinsipi ilə ümumi nisbilikdəki məlumat itkisi iddiası uzun illərdir ziddiyyət yaradır. Yeni modellərə görə, qara dəlikdəki məlumat silinmir, sadəcə başqa formada saxlanılır. Bu yanaşma təkcə qara dəlikləri deyil, fizikanın əsas prinsiplərini də yenidən dəyərləndirməyə imkan yaradır.


Qara dəliklər kainatda həm klassik, həm də kvantdır

Nəticədə, qara dəliklər hələ də klassik mənada hissəciklər deyil. Bununla belə, kvant sahə nəzəriyyələri, informasiya nəzəriyyəsi və holoqrafik modellər işığında onlara “kvant hissəciklərinə bənzər sistemlər” kimi yenidən baxmaq olar.


Bu yanaşma kainatın qaranlığı haqqında məlumat verməklə yanaşı, həm də kvant və nisbilik arasında divarları qıra biləcək körpü rolunu oynayır. 


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et