Bu gün:

Əzan gülü - Səsə reaksiya göstərən nadir bitki


Təbiətdəki bəzi bitkilər görünüşləri ilə diqqət çəkirsə, bəziləri isə davranışları ilə insanı heyrətləndirir. Onlardan biri də Azərbaycanda “əzan gülü” kimi tanınan bitkidir. El arasında belə inanılır ki, bu gül əzan səsi eşidəndə açılır, ona görə də bu adla tanınıb.

Əsl adı Mirabilis jalapa olan bu bitki dünyanın müxtəlif yerlərində “Four O’Clock flower” və ya “Gecə gözəli” adı ilə tanınır. Maraqlısı budur ki, bu gül həqiqətən də günün müəyyən vaxtlarında, daha çox axşam saatlarında çiçək açır. Məhz bu vaxtlar da çox zaman əzan vaxtlarına uyğun gəldiyi üçün xalq arasında belə bir inanc formalaşıb.

Alimlər bildirirlər ki, əzan gülünün əsl səbəbi işığa və havanın temperaturuna qarşı həssaslığıdır. Yəni bitki gün ərzində müəyyən bir vaxtda - işığın səviyyəsi və istilik uyğunlaşdıqda öz çiçəklərini açır. Bununla belə, onun bu “davranışı” insanlarda dini və mistik assosiasiyalar doğurduğundan, əzan səsi ilə əlaqələndirilməsi dərin mənəvi dəyər qazanıb.

Əzan gülü təkcə poetik adı ilə deyil, həm də müxtəlif rənglərdə - çəhrayı, sarı, ağ və bəzən bir gülün üzərində iki rəngin birləşməsi ilə diqqət çəkir. Bu xüsusiyyəti ilə bağlarda və həyətlərdə estetik görüntü yaradır.


Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et