Bu gün:

Heyvanlar nə üçün qış yuxusuna gedirlər?


Qışlama soyuq iqlimlərdə yaşayan bəzi heyvanların qışda sağ qalmaq üçün maddələr mübadiləsini yavaşladıb enerjiyə qənaət etdiyi uyğunlaşma üsuludur. 

Bəs heyvanlar niyə qış yuxusuna gedirlər?

Qışda havalar soyuyur və təbiətdə qida mənbələri azalır. Bu da heyvanların yemək tapmasını çətinləşdirir. Bitkilər böyümür, meyvə verən ağaclar donur və heyvanlar üçün lazım olan qida məhdudlaşır. Qış yuxusu heyvanların soyuq hava və qida çatışmazlığına qarşı istifadə etdiyi bir üsuldur. Bu vaxt onlar maddələr mübadiləsini zəiflədərək az enerji sərf edir və beləliklə, həyatda qalmağa çalışırlar.


Soyuq havada uzun müddət açıqda qalmaq heyvanlar üçün çətin və təhlükəlidir. Aşağı temperatur hərəkəti məhdudlaşdırır və enerji itkisinə səbəb olur. Qışlama bu çətinliklərdən qaçmağa və enerjiyə qənaət etməyə kömək edir. Bu, heyvanların təhlükəsiz şəkildə qışı keçirməsini təmin edir. Qış yuxusu təkamül nəticəsində yaranan uyğunlaşmadır və xüsusilə, soyuq iqlimdə yaşayan heyvanların sağ qalmasına imkan verir.


Hansı heyvanlar qışlayır?


Qara ayılar: Qışda uzun müddət yatırlar və maddələr mübadiləsi əhəmiyyətli dərəcədə yavaşlayır. Onlar adətən qarla örtülü yerlərdə öz yuvalarına çəkilirlər.


Sincablar: Qışda yemək tapa bilmədiklərindən piy yığıb qış yuxusuna gedirlər. Onların bədən istiliyi çox aşağı səviyyələrə düşə bilər.


Yarasalar: Soyuq hava və qışda qida qıtlığı səbəbindən yeraltı mağaralarda qışlayırlar.


Quşlar (bəzi növlər): Məsələn, bəzi quş növləri qış aylarında köç edir. Ancaq bəzi növlər (qışda qışlayan quşlar) daha soyuq bölgələrdə yatırlar.


Yavaş ilanlar və kərtənkələlər: Soyuq havada hərəkət edə bilmədiklərindən yeraltı sığınacaqlarda yatırlar.


Kirpi: Qışda öz yuvalarına çəkilir, maddələr mübadiləsini yavaşladır və qış boyu yatırlar.


Qış yuxusuna gedən heyvanlar necə oyanır?

Qış yuxusuna gedən heyvanlar qış aylarını az enerji ilə keçirirlər. Yatmazdan əvvəl bədənlərində yağ toplayaraq enerji ehtiyatı yaradırlar. Qışda maddələr mübadilələri yavaşlayır, bədən temperaturu düşür və uzun müddət qidasız qalırlar. Yaz gələndə isə bədən hərarətləri artır, maddələr mübadiləsi sürətlənir və onlar aktiv həyata qayıdaraq qida axtarmağa başlayırlar.


Qış yuxusuna gedən ayılar heç vaxt oyanmır?

Qış yuxusuna gedən ayılar nadir hallarda oyanır və bu oyanışlar qısa olur. Bu dövrdə beyin fəaliyyəti azalır və ayılar enerji ehtiyatlarından istifadə edərək qidasız yaşaya bilirlər. Hətta qış yuxusunda bala verə bilir və hərəkət etmədən onlara qulluq edirlər. Maddələr mübadiləsi yavaşlayır və ayılar qışı demək olar ki, tərpənmədən keçirirlər.


Ayılar qış yuxusuna gedəndə qidalanırlar? 

Ayılar qış yuxusuna getməzdən əvvəl çox qidalanaraq bədənlərində enerji toplayırlar. Qışda yemək tapmaq çətin olduğu üçün bu enerjidən istifadə edərək yatmaqla sağ qalırlar. Maddələr mübadiləsi yavaşlayır və yemək yemədən enerjiyə qənaət edirlər. Qış yuxusunun əsas məqsədi də məhz budur.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et