Bu gün:

Nüvə partlayışı ilə qaz məşəlinin söndürülməsi


1963-cü il dekabrın 1-də Özbəkistanda Urta-Bulak adlı qaz yatağında qəza baş verib və təbii qaz sızaraq alışıb. Nəticədə, 120 metr hündürlüyündə alov sütunu yaranıb və bu məşəl düz üç il yanıb.

Bu problemi həll etmək üçün alimlər nüvə partlayışı təklif ediblər. 30 sentyabr 1966-cı ildə SSRİ qazı söndürmək üçün yeraltı nüvə partlayışı həyata keçirib. Partlayış nəticəsində yerin dərinliyindəki bərk süxurlar hərəkətə gəlib və quyunu bağlayıb. Bu, qazın çıxışını dayandırıb və alov 22 saniyə sonra sönüb.

Bu hadisədən sonra nüvə partlayışlarından bir müddət sülh məqsədləri ilə istifadə olunsa da, indi artıq bu üsuldan istifadə edilmir.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et