Yeni elmi tədqiqatlara əsasən, ay işığı yalnız romantik görüntülər yaratmaqla kifayətlənmir, həm də bitkilərin həyatında mühüm rol oynayır. Almaniyada yerləşən Max Planck Bitki Fiziologiyası İnstitutunun alimləri sübut ediblər ki, bəzi bitkilər ay işığını “görə” bilir və buna uyğun olaraq davranışlarını dəyişirlər.

Tədqiqatda məlum olub ki, gecə vaxtı ay işığının zəif şüaları bitkilərin daxili saatına – yəni, bioloji ritminə təsir edir. Ay işığının səviyyəsinə görə bəzi bitkilər öz yarpaqlarını yığıb-açır və metabolik fəaliyyətlərini tənzimləyirlər. Bu o deməkdir ki, bitkilər təkcə günəşə deyil, ayın fazalarına da reaksiya verirlər.
Bu kəşf kənd təsərrüfatında gecə vaxtı süni işıqlandırmanın daha ağıllı istifadəsinə yol aça bilər. Alimlər bunun məhsuldarlıq və bitki sağlamlığına müsbət təsir göstərə biləcəyini düşünürlər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
