Adını dəyişərək Ronni Cakson deyə bilinən Ronni Bricmen 1975-ci ildə Ohayonun Klivlend şəhərində Harold Franks adlı bir iş adamının qətli ilə bağlı həbs olunub.
O, bu hadisəyə görə iki başqa müttəhimlə birlikdə mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilib.
Lakin bu işin əsas sübutu 12 yaşlı şahid Eddi Vernonun ifadəsi olub. Vernon məhkəmədə Ronni Bricmenı hadisə yerində gördüyünü iddia edib. Bu ifadə Bricmenin həyatını dəyişərək, onu 38 il müddətinə azadlıqdan məhrum edib.
İllər sonra, artıq yetkin yaşda olan Vernon etiraf edib ki, əslində hadisəni görməyib. Onun dediyinə görə, həmin vaxt sadəcə böyüklərin, əsasən polis və yaxın ətrafın təzyiqi ilə ondan nə deyilməsi istənilirdisə, onu deyib.
Bu etiraf və yeni baxış nəticəsində, Ronni Bricmenin təqsirsizliyi sübuta yetirilib və o, 2014-cü ildə azadlığa buraxılıb. 38 illik haqsız həbsdən sonra azadlığa çıxan Bricmen dərin emosional hisslər yaşadığını bildirib.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
