Bu gün:

Övladınızla tanış olmağın ən yaxşı yolu


Düzgün ünsiyyət

Uğurlu ünsiyyət üçün əvvəlcə uşağınızın dəyərli olduğunu hiss etdirin.


Yetkinlər öz sözlərini eşitmək üçün daim nəsihət və ya imperativlərdən istifadə edirlər və onların tonunda həmişə hakimiyyət qurmaq istəyi olur. Dominantlıq etməyə çalışarkən avtomatik cavablar və reaksiyalar vermək uşağın öz dəyərini artırmır. Uşaq özünü dəyərsiz hesab etdiyi üçün özünə inamını itirir. Üstəlik, belə bir yanaşma problemin həllinə kömək etməyəcək. Mənfi emosiyaların və düşüncələrin yaratdığı reaksiyalar nəticəsində bir müddət sonra uşaq sizin hisslərinizə əhəmiyyət verməməyə başlayacaq. Misal üçün, uşağınızın köhnə və atılması lazım olan oyuncağını onun fikrini almağa ehtiyac duymadan atdığınız zaman o da ona əhəmiyyət verilmədiyini hiss edəcək və sizinlə də eyni şəkildə davranacaq. 


Güclü ünsiyyətin açarı yaxşı dinləyici olmaqdır


Uşağınızı dinlədiyiniz zaman onun dediklərinə əhəmiyyət verdiyinizi göstərirsiniz. Göz təması qurmalı və danışarkən sözünü kəsmədən uşağınızın cümləni bitirməsini gözləməlisiniz. Ünsiyyət zamanı söhbəti bitirməkdənsə, onu davam etdirən açıq suallar verin. Uşağınızla ünsiyyət qurarkən istifadə edə biləcəyiniz bəzi cümlələr effektiv ünsiyyətə kömək edə bilər. Effektiv ünsiyyət səy tələb edir, ona nə qədər tez başlasanız, uşağınızla ünsiyyətiniz bir o qədər müsbət inkişaf edəcək.


Mənbə: Habertürk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et