1916-cı ildən başlayaraq dünyada yayılan və elm aləmində hələ də sirr olaraq qalan Ensefalit Letargika, yəni “yuxu xəstəliyi”, milyonlarla insanın həyatını dəyişib. Bu xəstəlik kəskin baş ağrısı, qızdırma, halsızlıq və ən qəribə simptom olaraq uzunmüddətli yuxululuqla müşahidə olunurdu. Bəzi xəstələr aylarla, hətta illərlə hərəkətsiz və danışıq qabiliyyətindən məhrum halda qalıblar.

Xəstəlik sağaldıqdan sonra da öz izini buraxıb. Çox sayda pasiyentdə parkinson əlamətləri müşahidə olunub. 1920-ci illərdə sürətlə yayılan bu epidemiyanın nəticəsində minlərlə insan həyatını itirib və ya ömürlük nevroloji problemlərlə yaşamağa məcbur olub.
Ən diqqətçəkən məqam odur ki, bu xəstəliyin dəqiq səbəbi və mənbəyi bu günə qədər müəyyən edilməyib. Bəzi alimlər onu viral infeksiya, digərləri isə autoimmun proses kimi izah etməyə çalışırlar. Ensefalit Letargika 1990-cı illərdə nevroloq Oliver Saksın yazdığı "Awakenings" kitabı və eyni adlı film vasitəsilə daha geniş tanınıb.
Hazırda tədqiqatçılar bu sirli fenomeni daha dərindən öyrənməkdə davam edirlər. Ensefalit Letargika tibbin tarixində ən müəmmalı və qorxulu xəstəliklərdən biri kimi yadda qalır.
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
