Bu gün:

İnsanı özgüvənsiz göstərən 5 sual


Özgüvən vacib olsa da, onu hər zaman qorumaq çətindir. Psychology Today-ə görə, təxmin edilir ki, dünya əhalisinin təxminən 85 faizi özgüvən azlığından təsirlənir; belə ki, əgər siz nə vaxtsa özünüzə inamınızın sarsıldığını hiss etmisinizsə, tək deyilsiniz. Bədən diliniz və özünüzü təqdim etmək üsulunuz, həmçinin başqaları ilə necə danışdığınız və qarşılıqlı əlaqədə olduğunuz, adətən özünüzə əminliyinizi nümayiş etdirməyin yolları kimi qeyd olunur. Ancaq bəzən dediyiniz şeylər həqiqətən sizə zərər verə bilər – xüsusən də səhv suallar verirsinizsə. Hansı sualları verməyin sizi daha özgüvənsiz göstərdiyini öyrənmək üçün terapevtlərlə məsləhətləşdik ki. Hansı ifadələri başqa cümlələrlə əvəz etməyi istəyəcəyinizi öyrənmək üçün oxuyun.

1.Səncə, etməliyəm?

Bir şey haqqında ikinci rəy istəməyin heç bir zərəri yoxdur, xüsusilə də, böyük bir qərar vermək ərəfəsindəsinizsə. Buna baxmayaraq, ifadə tərzi vacibdir. Psixoterapevt, məsləhətçi, həyat və sağlamlıq üzrə məşqçi Ronni Adamoviç Best Life-a deyir ki, dostunuzdan bir şey etməli olduğunuzu düşünüb-düşünmədiyini soruşmaqla, siz özünüz də bilmədən müstəqilliyinizdən məhrum olursunuz.

“Yuxarıda ifadə edilmiş (“Səncə, etməliyəm”) tərzdə soruşduqda sualı verən şəxs özünün qərar vermək haqqını qarşısındakı şəxsə ötürür, özündən əmin olmadığına dair açıq bir mesaj göndərir və nəticədə özünü özgüvənsiz kimi göstərir”, - Adamoviç deyir.

Mütəxəssiz əgər başqasının fikrini öyrənmək istəyirsinizsə, o, bunu necə soruşduğunuzu dəyişməyi tövsiyə edir. “Səncə, etməliyəm” əvəzinə “Mən bunu necə etməliyəm barədə fikrinizi öyrənmək istərdim”, - deyə bilərsiniz. “Bu sadə yerdəyişmə, sualı verən şəxsə gücü qaytarır”, - Adamoviç izah edir.

2. “Mənə əsəbisən?”

Kiminsə sizə qəzəbli və ya əsəbi olduğunu hiss etmək heç vaxt əyləncəli deyil və qanqaraçılığı sevməyən insanlar üçün bu, açıq şəkildə kədərləndirici ola bilər. Amma “It’s Me and You” jurnalında sağlamlıq psixoloqu, fiziki əlaqə və münasibətlər üzrə məsləhətçi və müstəqil yazıçı İeva Kubiliutun fikrincə, siz açıq şəkildə kiməsə “Mənə əsəbləşirsiniz?” sualını verməməlisiniz.

Mütəxəssiz deyir ki, “Sosial siqnalları səhv şərh etmək və gözyaşı tökənə qədər həddindən artıq düşünmək vərdişiniz varsa, bu sualı tez-tez verəcəksiniz”. “Bəzən, insanların hərəkətlərinin sizin necə davranmağınızdan asılı olduğunu güman etməyiniz özgüvən pozulmasının nəticəsidir”.

Bu, özünüzdən əmin olmadığınızı və daha az inamlı olduğunuzu göstərə bilər. Kiminsə sizə qəzəbləndiyini düşünmək əvəzinə, onlardan necə hiss etdiklərini soruşun – problemin sizinlə heç bir əlaqəsi olmadığını öyrəndikdə təəccüblənə bilərsiniz.

3. “Yaxşı görünürəm?”

Bir çox insan bədən görünüşü ilə mübarizə aparır. Bu, özünə inama birbaşa təsir edə bilər, xüsusən də xarici görünüşünüzün sosial normalara uyğun gəlmədiyini hiss edirsinizsə. Nə geyindiyinizə və ya saçınızı necə tərtib etdiyinizə dair doğrulama axtarırsınızsa, terapevtlər başqalarından nə düşündüklərini soruşmaq əvəzinə daxilə baxmağı məsləhət görürlər.

Torontoda yaşayan sosial işçi Endria Rovil deyir ki, kiminsə sizə qəzəbləndiyini maraqlanmaq kimi, “yaxşı görünürəm” , - deyə soruşmaq da “təskinlik axtaran sualdır”.

“Ətrafakıların fikrini maraqlanmaq narahatlığın əsas xüsusiyyətidir, xüsusən də narahatlıq və aşağı özünə hörmətin qarışığıdır” dedi. “İnsanlar sizə inam verməkdən məmnun olduqlarını göstərə bilər, lakin bu, özünüzə daha az güvənməyə şərait yarada bilər”.

Rovil əlavə edir ki, bu cür suallar ətrafınızdakılara özünüzə inamınızın olmadığını “açıq-aşkar edir”.

4. “Niyə bunu etmirsən?”

Özünə inamsızlığı təfsir etməyin başqa bir yolu, başqalarından özünüz edə biləcəyiniz tapşırıqları yerinə yetirmələrini xahiş etməkdir. Əgər bir fürsəti dostunuza və ya həmkarınıza ötürsəniz və “onsuz da məndən daha yaxşısınız” təsirində bir şey əlavə etsəniz, yalnız özünüzü aşağı salırsınız. “Özünü alçaltma, özünə etibarsızlığını basdıran fərdlər arasında ümumi xüsusiyyətdir”, - Kubilut deyir. “Lakin bu, pis bir xüsusiyyətdir, xüsusən də bu tapşırığa uyğun görülmüsənsə”.

Mütəxəssislər deyirlər ki, öz etimadınızı aşağılamamalı və ya bacarıqlarınıza şübhə ilə yanaşmamalısınız, çünki bu, “özünüzə inamınızı ləkələyəcək”.

Əgər həqiqətən kiminsə bu işdə daha yaxşı olduğunu hiss edirsinizsə, ifadələrinizə diqqət edin. Kubilut belə soruşmağı tövsiyə edir: “Bu işdə çox təcrübəniz var. Bacarıqlarımı təkmilləşdirmək üçün mənə ipləri öyrədə bilərsinizmi?”

5. “Mənim etdiyim yaxşı idi?”

Hərəkətlərinizin məqsədəuyğun olduğuna əminlik istəmək sizi daha az inamlı hiss etdirən başqa bir sualdır. Yenə xarici təsdiq axtarırsınız və səhv bir şey etmədiyinizi təsdiqləmək üçün başqasına ehtiyacınız olduğunu təlqin edirsiniz.

Rovilə görə, siz əminlik axtaran sualları ifadə etmək üçün fərqli bir yol düşünə bilərsiniz, lakin ən yaxşısı ilk növbədə onları niyə verirsiniz deyə özünüzdən soruşun. O, Best Life-a deyir ki, “Bu sualların özgüvən yaratmaq üçün dəstəyə ehtiyacı olan daha dərin bir yerdən gəlib-gəlmədiyini də düşünə bilərsiniz”.

Mənbə: BestLife 

Tərcümə etdi: Günel Məmmədova


































Paylaş
Şərh əlavə et