Bu gün:

Bu sindrom yalnız tək uşaqlarda müşahidə olunur


Elmi araşdırmalar göstərib ki, bəzi psixoloji simptomlar bacı-qardaşsız uşaqlarda daha tez-tez baş verir. “Tək uşaq sindromu” kimi tanınan bu vəziyyət mütəxəssislərin də diqqətini çəkib.

Ailələrin bir uşağa üstünlük verməsi son illərdə getdikcə daha çox yayılıb. Bununla belə, bu üstünlüyün uşağın psixoloji inkişafına təsiri hələ də elmi müzakirələrə davam edir.

Araşdırmalar göstərib ki, müəyyən davranış nümunələri daha çox tək böyüyən uşaqlarda olur. Bu vəziyyət adətən “tək uşaq xəstəliyi” adlandırılsa da, mütəxəssislər bu anlayışın klinik bir xəstəlik deyil, davranış sindromu olduğunu bildiriblər.

Mütəxəssislər tək uşaq olaraq böyüyən uşaqlarda daha çox aşağıdakı davranışların müşahidə edildiyini bildiriblər:

İntroversiya və təklik hissləri

Son dərəcə eqosentrik münasibətlər

Ailə təzyiqi səbəbindən narahatlıq və stress

Yetkinlər kimi davranmaq meyli (erkən yetişmə)

Bu əlamətlər xüsusilə sosial inkişaf dövrlərində özünü daha qabarıq göstərir.

Mütəxəssislər bu vəziyyətə ailə daxilində qarşılıqlı əlaqənin olmaması və paylaşma mühitinin olmamasının səbəb olduğunu bildiriblər.

Araşdırma nələri göstərir?

Çində tək uşaq siyasətinin tətbiqindən sonra aparılan uzunmüddətli araşdırma bu uşaqların akademik cəhətdən daha uğurlu olduğunu, lakin sosial bacarıq və paylaşımda yaşıdlarından geri qaldığını ortaya qoyub.

Amerika Psixoloji Assosiasiyası (APA) yalnız uşaqlarda yüksək özünə inam, güclü müstəqillik olduğunu, lakin qruplar daxilində sosiallaşmanın aşağı olduğunu bildirib.


Mənbə: Cümhuriyyet

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et