2011-ci ildə 34 yaşlı Stiv Karter internetdə təsadüfən itkin düşmüş uşaqlar haqqında məlumatlara baxarkən, özünə çox bənzəyən bir uşağın kompüter proqramı ilə yaradılaraq yetkin şəklini görüb.
Maraqlanaraq araşdırmalar aparıb və DNT testi verib. Nəticələr təsdiqləyib ki, o, əslində 1977-ci ildə Havayda itkin düşmüş bir uşaqdır. Hekayəyə görə, anası onu gəzməyə aparıb, lakin bir daha geri qayıtmayıb və uşağı saxta adla dövlətin himayəsinə verib.
Bu hadisədən sonra Stiv övladlığa götürülərək başqa bir ailənin yanında böyüyüb. Uzun illər keçdikdən sonra o, həqiqi kimliyini öyrənib və əsl atası ilə görüşüb. Bu təsirli, ancaq bir o qədər sevincli hadisədən sonra ata və oğul əlaqə saxlamağa davam ediblər.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
