Bu gün:

Ədalətin qaranlıq üzü: Niderlandın amansız cəzası


Keçmişdə Niderlandda da insanları alçaldıb, işgəncə verib, öldürüblər. Gevangenpoort həbsxanasında məhbuslar ən ağır cəzalara məruz qalıblar. Bu cəzaları üç yerə bölürlər: ictimai alçaltma, bədən cəzası, ölüm hökmü.


Cəza yalnız bədənə deyil, şərəfə də yönəlib. Günahkarı stokka salıb, rüsvaylıq sütununa bağlayıb, bazarda “rüsvaylıq daşı”nı daşıtdırıblar. İnsanlar onu təhqir edib, meyvə və nəcis atıb, cinayətini lövhədə yazıb asıblar.

Bədən cəzasında adamı qamçılayıb, döyüb, damğalayıblar. Əlini, ayağını kəsib, burnunu, qulağını, dilini şikəst ediblər. Bəzi hallarda alnına damğa vurub, ömürlük rüsvay ediblər.

Ən ağır cəza ölüm hökmü olub. Zadəganların başını kəsib, sadə xalqı dara çəkiblər. Bəzilərini təkərə bağlayıb, sümüklərini sındırıb, başını kəsib dirəyə sancıblar. Dindən dönənləri yandırıb, cəsədlərini məhv ediblər, ruhun dirilmə ümidi belə qalmayıb. Jan de Bakker 1525-ci ildə bu aqibətlə üzləşib.


Mənbə: National Health İnstitutes 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et