Bu gün:

Trampın sərvəti nə qədərdir?


Donald Tramp təkcə “ABŞ”nin 45-ci prezidenti kimi deyil, həm də iş dünyasındakı uğurları ilə tanınıb. “Forbes”in məlumatına görə onun sərvəti milyardlarla dollarla ölçülüb, lakin bu rəqəm illər ərzində dəyişib. Trampın biznes portfelinə lüks otellər, qolf meydançaları və digər daşınmaz əmlak layihələri daxil olub. Media və əyləncə sahəsində də fəaliyyəti olub. İctimaiyyətdə mübahisəli fiqur kimi tanınsa da, iş həyatındakı nailiyyətləri ilə diqqət cəlb edib. Bu yazıda Trampın sərvət mənbələri və sahib olduğu şirkətlərə nəzər salınır.


Donald Tramp kim olub? neçə yaşı var?


Donald Tramp amerikalı biznesmen, televiziya siması və siyasətçi olub. 14 iyun 1946-cı ildə Nyu-Yorkda doğulub. 2023-cü ilə qədər onun 77 yaşı tamam olub. Atası Fred Tramp daşınmaz əmlak sahəsində tanınmış iş adamı olub və Donald gənc yaşlarından ailə biznesinə qoşulub. O, Nyu-York Hərbi Akademiyasında oxuyub və daha sonra Pensilvaniya Universitetində iqtisadiyyat üzrə təhsil alıb.


Tramp iş həyatına Manhettendə lüks layihələrlə başlayıb. Bu cəsarətli və iri miqyaslı layihələr onun 1980–1990-cı illərdə məşhurlaşmasına səbəb olub. O, televiziyada yayımlanan “The Apprentice” proqramı ilə də populyarlıq qazanıb və “İşdən çıxarıldın!” ifadəsi ilə yadda qalıb.


2016-cı ildə siyasətə qatılıb, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olub və həmin ilin noyabrında seçkilərdə qalib gəlib. 2017–2021-ci illərdə ABŞ prezidenti kimi fəaliyyət göstərib. Prezidentliyi dövründə iqtisadi siyasət, immiqrasiya, xarici münasibətlər və qanunvericilik sahəsində bir sıra mübahisəli qərarlar qəbul edib. O, iki dəfə impiçment prosesi ilə üzləşib, lakin hər iki halda Senat onu təqsirli hesab etməyib.


Trampın sərvəti nə qədər olub?


Donald Trampın xalis sərvəti dəqiq rəqəmlərlə göstərilməyib, çünki onun maliyyə məlumatları tam şəffaf olmayıb. Forbes jurnalının 2023-cü il məlumatına görə Trampın sərvəti təxminən 2,5 milyard dollar civarında olub. Bu sərvətin əsas hissəsi daşınmaz əmlaklardan əldə olunub. Trampın investisiyaları Nyu-York, Florida və digər şəhərlərdə yerləşən otellər, ofislər, qolf sahələri və ticarət obyektlərini əhatə edib.


O, həmçinin “The Apprentice” proqramından böyük gəlir əldə edib və bu gəlir onun brendinin dəyərini artırıb. Bundan başqa, adından istifadə edilən lisenziya müqavilələri və brend məhsullar da gəlir mənbələrindən biri olub.


Bununla belə, onun sərvəti bazar qiymətlərindən, borclardan və şəxsi paylardan asılı olaraq dəyişib. Həmçinin, ictimaiyyət üçün açıq maliyyə sənədləri məhdud sayda olub və çox vaxt Trampın şəxsi bəyanatlarına əsaslanıb.


Donald Tramp hansı şirkətlərə sahib olub?


Tramp bir çox sahədə fəaliyyət göstərən şirkətlərin sahibidir. Bu şirkətlər əsasən Trump Organizationadı altında birləşdirilib. Daşınmaz əmlak, qonaqpərvərlik, əyləncə və digər bizneslər bu təşkilatın fəaliyyət sahələrinə daxildir.


“Trump Organization”a daxil olan bəzi əsas layihələr və şirkətlər aşağıdakılardır:


Trump Tower – Nyu-Yorkda yerləşən bu bina həm yaşayış, həm də ofis sahəsi kimi istifadə olunub.


Trump International Hotel and Tower – Çikaqo, Las-Veqas və Vaşinqtonda yerləşən otellər brendin dəbdəbəli imicini əks etdirib.


Qolf sahələri – Tramp Floridada Mar-a-Lago, Şotlandiyada Trump Turnberry kimi lüks qolf klublarına sahib olub.


Televiziya proqramları – “The Apprentice” proqramının həm yaradıcısı, həm də aparıcısı olub.


Tramp həmçinin adının müxtəlif məhsullarda istifadəsinə imkan verən lisenziya və brend müqavilələri bağlayıb. Bu məhsullara geyim, aksesuar, içkilər və daha çoxu daxil olub. Trump Organization daşınmaz əmlakın inkişafı, idarə edilməsi və satışı ilə də məşğul olub. Lakin Trampın biznes imperiyasının tam strukturu və fəaliyyət detalları qeyri-şəffaf maliyyə sisteminə görə tam aydın olmayıb.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et