1708-ci ildə Kolumbiya sahillərində batmış və dəyəri bu gün 20 milyard dollarla ölçülən xəzinə daşıyan İspan qalleonu “San Xose” tapılıb.
“San Xose” İspan Varisliyi Müharibəsi zamanı Cənubi Amerikadan İspaniyaya xəzinə aparan İspan donanmasının əsas gəmisi olub. 8 iyun 1708-ci ildə İngilis donanması tərəfindən pusquya salınaraq batırılıb. Gəmidə zümrüdlər, qızıl və digər zinət əşyaları olub.
Hazırda bu xəzinəyə görə ABŞ ilə Kolumbiya arasında mübahisə yaşanır. ABŞ tərəfi gəminin onların texnologiyası ilə tapıldığını iddia edir, Kolumbiya isə bunun yalnız öz səyləri nəticəsində mümkün olduğunu bildirir və amerikalıların heç bir haqqının olmadığını vurğulayır.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
