Bu gün:

Rusiyanın İsrail ilə İran münaqişəsindən Yaxın Şərqdə itki qorxusu var.


İsrail “Rising Lion” (Qalxan Şir) əməliyyatına başladıqdan sonra Rusiya rəsmiləri Yaxın Şərqdəki hazırkı gərginliyi “narahatedici” və “təhlükəli” adlandırıblar. Bununla belə, Rusiya mediası Moskva üçün potensial müsbət nəticələri vurğulamaqda tələsməyib. Onlar arasında:

Qlobal neft qiymətlərinin artması və bunun nəticəsində Rusiyanın büdcəsinə əlavə gəlir gəlməsi gözləntisi;

Dünyanın diqqətinin Ukraynadakı müharibədən yayındırılması - “Kiyev unuduldu” başlığı ilə Moskovskiy Komsomolets yazılıb;

Əgər Kremlin bu münaqişədə vasitəçilik təklifi qəbul olunsaydı, Rusiya, Ukraynada törətdiyi hadisələrə baxmayaraq, həm Yaxın Şərqdə əsas qüvvə, həm də sülhə vasitəçilik edən bir ölkə kimi çıxış edə bilərdi.

Lakin İsrailin hərbi əməliyyatı nə qədər uzun çəkərsə, Rusiyanın bu hadisələrdən çox şey itirə biləcəyi reallığı da bir o qədər aydınlaşır.

Rusiyalı politoloq Andrey Kortunov bazar ertəsi “Kommersant” biznes qəzetində yazıb ki, “bu münaqişənin gərginləşməsi Moskva üçün ciddi risklər və mümkün itkilər yaradır". 


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et