1710-cu ildə iki Danimarka qul gəmisi - Friderikus Quartus və Kristianus Quintus Karib dənizində qalın duman səbəbindən istiqamətdən çıxıb və itib.
Gəmilər indiki Kosta-Rika sahillərindəki bir qumlu bölgədə qəzaya uğrayıb. İki gün ərzində ekipaj və qullar yemək üçün sahilə çıxmağın təhlükəli olub-olmadığını müzakirə ediblər. Daha sonra qullar arasında üsyan başlayıb.
Bu hadisədən sonra gəmilərdən biri tərk edilib, digəri isə yandırılıb. Təxminən 600 afrikalı sahildə qalıb və burada qalaraq öz icmalarını qurublar.
Bu insanların nəsilləri bu gün də həmin ərazidə yaşayır. Yuxarıdakı fotoda illər sonra tapılmış itmiş gəmilərin qalıqları görünür.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
