Bu gün:

Həmas hansı ölkəyə bağlıdır?


1987-ci ildə qurulan Həmas Fələstində yerləşən və heç bir ölkə ilə birbaşa əlaqəsi olmayan siyasi və hərbi təşkilatdır. Bəs Həmas tam olaraq nədir, harada yaranıb, hansı ölkələrlə əlaqələri var və hansı fəaliyyətlərlə məşğuldur?

Həmas nədir?

Həmas tam ərəbcə adı ilə “Hərəkatul-Muqavama əl-İslamiyyə”, yəni İslami Müqavimət Hərəkatı deməkdir. 1987-ci ildə Fələstinin Qəzza bölgəsində yaradılıb. Onun yaradılmasında məqsəd İsrailə müqavimət göstərmək və Fələstin ərazisində müstəqil dövlətin qurulmasını təmin etmək olub. Həm siyasi, həm də hərbi qanadları olan Həmas Qəzza zolağında, xüsusilə, fəaldır.


Həmas hansı ölkəyə məxsusdur?

Həmas heç bir ölkə ilə bağlı deyil. Başqa sözlə, Həmas müstəqil Fələstin təşkilatıdır və birbaşa heç bir dövlətin rəsmi orqanı və ya uzantısı deyil. Lakin 2007-ci ildən Qəzza zolağına faktiki rəhbərlik edən siyasi qüvvə olub. 


Həmas Fələstin ərazisində yaradılsa da, bütün Fələstini təmsil edən yeganə qurum deyil. İordan çayının qərb sahilində Fəth və Fələstin Azadlıq Təşkilatı (FAT) kimi müxtəlif siyasi birləşmələr də mövcuddur.


Həmas və Fələstin münasibətləri

Həmas Fələstin xalqının böyük hissəsi tərəfindən dəstəklənən bir hərəkatdır. 2006-cı il seçkilərində qalib gələrək Fələstin siyasətində önəmli rol oynamağa başlayıb. Sonra Həmas Qəzzaya nəzarəti ələ alıb və Fəth hərəkatı ilə ayrılıq yaranıb. Bu da Fələstin ərazilərində ikili siyasi rəhbərliyin yaranmasına səbəb olub.


Həmas hansı ölkələrdən dəstək alır?

Həmas birbaşa bir ölkəyə aid olmasa da, bəzi ölkələrlə ideoloji, siyasi və maliyyə əlaqələri qurub. Bunlardan bəziləri aşağıdakılardır:


İran – Həmas-a hərbi və iqtisadi dəstək verən ən mühüm ölkələrdən biridir


Qətər – Xüsusilə, Qəzzaya humanitar yardım və infrastruktur sərmayələri verən ölkələr sırasındadır


Türkiyə – Ara-sıra Həmas-ın lehinə bəyanatlar verir və Qəzzaya humanitar yardım edir


Digər tərəfdən ABŞ, Avropa Birliyi, Kanada və bəzi Qərb ölkələri Həmas-ı terror təşkilatı kimi tanıyır. Bu səbəbdən də, Həmas-ın beynəlxalq aləmdə mövqeyi ölkədən ölkəyə dəyişir.


Həmas-ın strukturu və fəaliyyət sahəsi

Həmas-ın iki əsas strukturu var:


Siyasi qanad – Qəzza zolağında administrasiyanı öz üzərinə götürür, dövlət xidmətləri göstərir və seçkilərdə iştirak edir


Hərbi qanad (İzzəddin əl-Qəssam briqadaları) – İsrailə qarşı silahlı mübarizə aparır


Bu ikili quruluş Həmas-I həm siyasi partiya, həm də müqavimət təşkilatı kimi müəyyən edə bilir. Bu baxımdan dünya səviyyəsində həm dəstəklənən, həm də tənqid olunan bir quruluşa malikdir.


Bir sözlə, Həmas heç bir ölkə ilə birbaşa bağlı deyil. Bu, Fələstin ərazisində qurulmuş bir strukturdur və xüsusilə, Qəzza zolağında administrasiyaya nəzarət edir. Bəzi ölkələrlə əlaqələri olsa da, rəsmi olaraq bir ölkənin nəzarətində və ya qurumunda deyil. Bu gün Həmas-ın rolu və təsiri Fələstin məsələsi ilə maraqlanan hər kəs üçün böyük əhəmiyyət kəsb edir. Lakin unutmaq olmaz ki, Həmas-ın vəziyyəti siyasi şəraitə və beynəlxalq münasibətlərə uyğun olaraq daim dəyişə bilir.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et