Bu gün:

İlk Hermes Birkin çantası hərraca çıxarılıb?


"İlk orijinal Hermes Birkin çantası 2025-ci il iyulun 10-da Parisdə hərraca çıxarılacaq"- CNN, Sotheby's-in bəyanatına istinadən xəbər verir. Bu, “Moda İkonları” temalı hərracın əsas lotu olacaq.

Təyyarədə təsadüfi görüş zamanı aktrisa və müğənni Jane Birkindən ilhamlanan, Hermes şirkətinin baş direktoru Jan-Luis Dümasın yəhərə bənzər tikilmiş bu geniş çantası tamamilə əsl qara dəridən hazırlanmışdır.

"Moda dünyasında nadir anlar olur ki, bir obyekt tendensiyaları aşaraq ikona çevrilir. Orijinal Jane Birkin çantası elə bir məqamdır", - Sotheby's çantalar və moda departamentinin rəhbəri Morgana Halimi deyib.

O, çantanın Freddie Mercury-nin tacı və papağı və ya Şahzadə Diananın qırmızı qoyun naxışlı sviteri kimi "eyni dərəcədə göz qamaşdıran mənşəli digər müstəsna əşyalarla" eyni liqada olduğunu söyləyib.

CNN, Sotheby's-dən hərrac evinin çanta üçün nə qədər alacağını gözlədiyini soruşdu, lakin cavab almadı. "Orijinal Birkin rekordlar vurmaq potensialına malikdir", - Halimi əlavə edib.

Sotheby's-ə görə, orijinal Birkin çantası sonrakı versiyalardan yeddi cəhətdən fərqlənir: ölçüsü, metal üzükləri, latun avadanlıq, uzun çiyin qayışı, fermuar və alt pərçimlər. O, həmçinin ön qapaqda Birkinin baş hərfləri olan "JB"ni ehtiva edir.

Çanta iyunun 6-dan 12-dək Nyu-Yorkda Sotheby's qalereyasında ictimaiyyətə təqdim olunacaq. Orijinal Birkin 2024-cü ilin payızında hərrac evinin Paris qalereyasında, sonra isə 2025-ci ilin əvvəlində Honq-Konqdakı Sotheby's Maison-da nümayiş etdiriləndə minlərlə insan onu görməyə gəlib.

Mənbə: rtvi

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et